1 2 3 4 5 6 7 8 9 10 11

إِنَّا نحَْنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لحََافِظُون‏ - Namazin hiKMƏt və SİRLƏRİ

səhifə8/11
tarix22.10.2017
ölçüsü0.87 Mb.

إِنَّا نحَْنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لحََافِظُون‏

Həqiqətən, biz Zikri (Quranı) nazil etdik və həqiqətən, biz Onu qoruyacağıq.”

196 Əhli-beyt

(ələyhimussalam)

barəsində həzrət Rəsul

(salləllahu ələyhi və alihi və səlləm)

çoxlu hədislər buyurmuşdur. O cümlədən:

Cənnətdə Kövsər hovuzunun yanında sizdən bu iki əmanət və necə rəftar edildiyi soruşulacaqdır.”

197

.

Mötəbər kitablardan sayılan “Kafi”də həzrət Peyğəmbərdən (sallallahu ələyhi və alihi və səlləm) uzun bir hədis nəql olunmuşdur. Hədisin məzmunu belədir:

“Fitnələr sizə hücum gətirdiyi zaman Qurana sığının. Çünki O, həm şəfaət edən, həm də şəfaət ediləndir. Hər nəyi halal edibsə, həqiqətdir. Hər kəs Quranı öz rəhbəri qərar versə, Quran onu Behiştə aparacaqdır. Hər kəs arxa çevirsə, Quran onu Cəhənnəm atəşinə doğru sürükləyəcəkdir. Quranın ecazkarlığı sonsuz, qəribəlikləri isə köhnə deyildir. Məhz hidayət çıraqları Ondadır”

.

198

Bu hədisdən bir neçə nəticə əldə edə bilərik: 1) Hər zaman müsəlmanlar çətinliyə düşüb zəlalətə və cəhalətə düçar olsalar, Qurana pənah aparıb haqqı batildən ayırmalıdırlar. 2) Qurana itaət etmək səadətə, Ondan üz çevirmək isə bədbəxtliyə səbəb olur. 3) Elm hər nə qədər inkişaf etsə, bir o qədər də Quranın həqiqətləri kəşf və zahir olacaqdır. 4) Quranın nuru vasitəsilə cəhalət zülmətindən azadlığa qədəm qoyulur, həyat suyunun elmi və hikməti üzə çıxır.

XATIRLATMA

Qurana ehtiyac fəlsəfəsi və onun incəliyi namazda daha da aydın olsun deyə, tanınmış şərq və qərb alimlərinin Quranın əzəməti və əhəmiyyəti barəsində dedikləri sözləri yada salmaq yerinə düşərdi. 1) Vaşinqton İrvink yazır: “Quran pak məzhəbdən və böyük qanunlardan ibarət olan bir kitabdır.”199 2) Con Dav Penort deyir: “İslam aləminin ümumi qanunu olan Quran mədəni, ictimai, iqtisadi, hüquqi, hərbi, cinayi qanunlar toplumu, fiziki və ruhani sağlamlıq, dostluq, mehribanlıq, paklıq kitabıdır.”200

3) Əlhəqq Təyyar deyir: “Quran dünya və axirət xoşbəxtliyinin sərmayəsidir. Hər hansı bir millət Quranı gözləri üstünə qoyub Onun ali qanunlarına riayət edərsə, səadətə çatmışdır. Əksinə, hər kəs ondan üz çevirmişsə, uçuruma və həlakətə düçar olmuşdur.”201 4) Edmund Bork yazır: “Məhəmmədin şəriəti və İslam ayini elə tənzimlənib, səadət və xoşbəxtlik yolunu elə bəyan edib ki, yuxarı təbəqədən tutmuş ən aşağı təbəqəyədək bütün insanlar bu qanun və şəriətdən rahatlıqla bəhrələnə bilər. Bu cəhətdən də İslam ən güclü və ən üstün bir din olaraq bəşəriyyət üçün göndərilmişdir.”202 5) Con Dav Penort həmçinin deyir: “Quran əhkamında insan üçün çətin mətləblər, qaranlıq proqramlar və ya zor gücünə icra edilən qanunlar yoxdur və gözə dəymir. İslam insanı aydın və düzgün bir yola yönəldir. Buna görə də İslam bütpərəst ərəblərə, ulduzpərəst sabiilərə, atəşpərəst məcuslara, rəbbiyunpərəst yəhudilərə və pappərəst məsihilərə qələbə çalmışdır.” 6) Bernard Şou deyir: “Quranın nüfuzunun, qüdrətinin və əhkamının dünyanı ram etməsinə az qalmışdır. Belə getsə, 2060-cı ilə kimi Papa süqut edəcək və İslam bütün bəşəriyyətin yeganə dini olacaqdır.”203 7) Qustav Lobon yazır: “Müsəlmanların asimani kitabı sayılan Quranda məzhəbi, siyasi və ictimai qanunlar toplanmışdır. Belə ki, Quran dəyişməyən bir din kimi tanınmış və onun ictimai əhkamı, məsələləri sabit halda qalmışdır. İslam dininin ardıcılları illərlə kitab və sünnəyə zəncirvari, möhkəm bağlanaraq həmin yolda öz səylərini qüvvətləndirirdilər. Nəticədə indiyə kimi heç bir qüvvə Ona qalib gələ bilməmişdir.”204

8) Vilyem Mayor deyir: “Quran başdan-başa möhkəm dəlillərə malik bir kitabdır. Bu dəlillər Allahın vücudu, Yeganə Yaradanı tanımaq və Ona tərəf hidayət, həmçinin insanın yaxşı və pis əməllərinin əvəzi ilə bağlıdır. Bu kitab böyük rəhbər olmaqla yanaşı hər bir məsələni elə gözəl açıqlamışdır ki, insanın ruhuna nüfuz edərək əbədi həyatı və Qiyamət gününü onun yadına salır.”205 9) İngilis tarixçisi Tomas Karlil yazır: “Bəzi kitabları oxuyandan sonra onlar insanın zehnində dərin iz buraxır. Lakin onlar heç vaxt Quranla müqayisə oluna bilməz. Bu cəhətdən də etiraf etməliyik ki, Quranın ən birinci üstünlüyü və əsas bünövrəsi Onun mühüm məzmunları, məsələləri, seçilmiş ünvanları və pak hissiyyatlarla rabitəsidir. Deyilənlərdə heç bir şəkk-şübhə yoxdur. Əbədi səadətə və kamilliyə yetişmək üçün bütün fəzilətlər Quranda bildirilmişdir.”206

10) Qladiston yazır: “Quran bütün müsəlmanların səadət mayası və müxaliflər arasında möhkəm bir sərhəddir.”207

11) Kental Virjil deyir: “İlahi tərəfindən göndərilmiş Quran əbədi bir üsula şamil olmaqla yanaşı müsəlmanların, o cümlədən yer üzündə yaşayan müxtəlif dinlərin və firqələrin də suallarına cavab vermişdir.”208 12) Napoleon Bonopart deyir: “Mən ümidvaram, tezliklə dünyanın məşhur alimlərini və mütəfəkkir insanlarını bir yerə toplayıb onların köməyi ilə elə bir qanun yaradacağam ki, binası və əsası Qurandandır. Çünki Quran haqq və həqiqətin yeganə əslidir. Bu əsl bəşər səadətini tə`min edən əvəzsiz kitabdır.”

Həmçinin, başqa bir yerdə belə deyir: “Əgər İslamın və müsəlmanların kökünü yer üzündən silmək istəyirsinizsə, onlardan azan və Quranı oğurlamalısınız.”209 Onun bu sözü bəlkə də İslama olan meylini bildirir. Çünki o, bu işin (azan və Quranı oğurlamağın) qeyri-mümkün olduğunu bilirdi. Napoleonun Quran və İslam əhkamı barəsindəki tərifləri kitabın 1-ci cildində zikr edilmişdir.

13) Lord Kerzen Qladistonun sözünü təsdiq edərək yazır: “Quran müsəlmanların əlində olduğu müddət ərzində məsihilər heç vaxt rahatlıq içində həyat sürməyəcəklər. Bunun üçün Avropada, bu kitabı şərq xanımlarının niqabı ilə örtməlidirlər.”210

SEYİD CƏMALƏDDİN ƏSƏDABADİNİN HEYRƏTEDİCİ HƏRƏKATI

Seyid Cəmaləddin Əsədabadi ruhani, öz dövrünün siyasətindən agah böyük şəxsiyyətlərdən sayılırdı. Onun məqsədi İslam ümmətinin azadlığı uğrunda çalışmaq, müsəlmanları qəflət yuxusundan oyatmaq və işğalçı qüvvələrin əlini İslam ölkələrindən kəsmək idi.

O, 1300-cü hicri qəməri ilində dünyaya bildirdi ki, Qurana və Onun qanunlarına riayət etmək insanı tərəqqiyə və səadətə çatdırır. Əksinə, hər kəs Quranın buyuruqlarından üz çevirsə, bədbəxtliyə və uçuruma yuvarlanasıdır. Seyid İslam və Avropa ölkələrinə çoxlu səfərlər etmişdi. O, hətta Parisdə “Urvətul-vusqa” adlı jurnal da çapdan buraxmışdır. Bu jurnal Şərq millətinin oyanışında boyük rol oynamışdır.

Seyid Cəmaləddin Əfqanıstana, Hindistana, Misirə, Türkiyəyə, İrana səfərlər etmiş və oradakı odlu çıxışları ilə əzəmətli İngiltərəni lərzəyə salmışdır. Nəhayət, 1314-cü ildə İstanbulda dünyasını dəyişmişdir.211 Öz mənfəətlərinin əldən çıxdığını duyan qaniçən Avropa milləti jurnal buraxılan çapxananı bağlayıb Seyidi Parisdən çıxardılar. Bu şücaətli və yorulmaz islahatçı Misirə gələrək tanınmış alim, müfti şeyx Məhəmməd Əbdüh ilə əl-ələ verib “Vətən təşkilatı” adlı bir cəmiyyət yaratdı, Misir camaatını bu təşkilata üzv olmağa də`vət etdilər. Nəhayət, bu cəmiyyətə 40 nəfərdən artıq üzv yazılmadı. Bu qrupun hədəfi Qurana və İslam hökmlərinə əməl etməkdən ibarət idi. Bu yolu canlandıran seyid Cəmaləddinin odlu çıxışları və xütbələri idi. O, həqiqətləri açıqlamaqla camaatı oyadırdı. Onun Misirdə təşkilatın bütün üzvlərinin toplandığı məclisdə söylədiyi xütbələrdən birinin xülasəsini nəzərinizə çatdırırıq.

SEYİD CƏMALƏDDİNİN SÖYLƏDİYİ ÇIXIŞIN XÜLASƏSİ

Ey Rəbbim! Sənin buyurduğun haqdır:

وَ الَّذِينَ جَاهَدُواْ فِينَا لَنهَْدِيَنهَُّمْ سُبُلَنَا

Hər kəs bizim yolumuzda çalışsa, həqiqətən biz onları öz yolumuza hidayət edəcəyik.”

212

Pərvərdigara! Həqiqətən də, Sənin buyurduğun haqqdır. Bu müqəddəs cəmiyyət Sənin adınla və Sənin dininə kömək üçün təşkil olunmuşdur. Sonra üzünü təşkilatın üzvlərinə tutub dedi: “Hörmətli ağalar! Bəşərin qiyamətə kimi səadətini tə`min edən, İslam dininin müqəddəs qanunlarını açıqlayan Qurandır. Ah! Ah! Necə də bu müqəddəs Quran müsəlmanların qəfləti üzündən yalqız qalmışdır. Bu, müqəddəs Qurandır ki, nuru ilə geridə qalmış, eləcə də bu günkü dünyanı yüksək mədəniyyətə çatdırmışdır. Ah! Ah! Nə üçün Quran bü gün aşağıdakı işlərə həsr olunmuşdur: -Quranın cümə axşamları qəbiristanlıqlarda oxunması;

-Oruc tutanların baş qatmaq və vaxt keçirmək üçün Quran oxuması; -Məscidlərin küncündə yerləşdirilməsi; -Evlərdə müqəvvaya çevrilməsi; -Uşaqlara göz dəyməməsi üçün dua yazılması; -Küçələrdə dilənmək üçün alət kimi istifadə edilməsi; -Körpələrin qundaqdakı zinətinə çevrilməsi; -Səfərə çıxanların yükü; -Cin vuranların silahına dönməsi; -Gəlinlərin boyunlarından asılması; -Qadınların bilərziyini əvəz etməsi; -Şadlıq məclislərində zinət olması; -Kitab satıcılarının sərmayəsi və s. Ah! Bu asimani və müqəddəs kitab bu gün Hafizin “Divan”ından, Mövləvinin “Məsnəvi”sindən, Sədinin “Gülüstan”ından da aşağı səviyyəyə enmişdir. Əgər bu şerlərdən biri oxunsa, gözlərin, qulaqların və ürəklərin diqqəti ona yönələr. Görəsən, bu əzalar hansı faydaya çatacaq? Pərvərdigara! Biz Səni unutduq və Sən də həmçinin bizim qəlblərimizin aynasını müqəddəs kitabın həqiqətlərindən məhrum etdin. Biz ürəklərimizin surətini Sənin itaətindən çevirdik. Sən də buna görə bizim səadətimizi və şərafətimizi zillətə və bədbəxtliyə çevirdin.” Sonra Seyid Cəmaləddin kürsüdən enərək bu cümlələri bir neçə dəfə təkrar etməyə başladı: “İlahi! Biz Səni unutduq. Sən də bizi unutdun.” Axırda qəşş edib yerə yıxıldı. O, təxminən 3 saat həmin vəziyyətdə qaldı. Nəhayət, həkimin yardımı ilə özünə gəldi və məclisi davam etdirdi.

MİSİR İNQİLABINA SƏBƏB OLAN ON YEDDİ MADDƏ

Həmin məclis davam edirdi. Bütün bu bədbəxtliklərə, zillətə və zülmə çarə axtarılırdı. Nəhayət, hamılıqla belə bir yekdil fikrə gəldilər:

“Müsəlmanların əzəmətinin yeganə səbəbi İslamın müqəddəs qanunlarına əməl etməkdən ibarətdir. Buna görə yeganə çıxış yolu İslamın səadət bəxş edən qanunlarına əməl etməkdir.”

Beləliklə, elə həmin məclisdə ciddi surətdə 17 maddədən ibarət bir proqram tərtib edildi. Üzvlərin hamısı bu maddələri əməli surətdə yerinə yetirəcəyinə söz verdi.

PROQRAMIN MƏTNİ

1. Bu təşkilatın hər bir üzvü gün ərzində Quranın ən azı bir hizbini213 diqqət və təfəkkürlə oxumalıdır. 2. Vacib namazlar camaatla qılınmalıdır. 3. Əmr be məruf və nəhy əz münkər tərk olunmamalıdır. 4. Qeyri-müsəlmanlar İslama dəvət edilməlidir. 5. Məsihi təbliğçiləri ilə ən gözəl şəkildə dini və elmi bəhslər edilməlidir. 6. Kasıblara qarşı imkan daxilində maddi yardım olunmalıdır. 7. Hər hansı bir şəxs boynunda olan öz şəri vəzifəsini düzgün yerinə yetirməli və başqasının ehtiyacından xəbərdar olsa, onu təmin etməyə çalışmalıdır. 8. Qohumlara, yaxınlara qarşı sileyi-rəhim yaddan çıxmamalı və yerinə yetirilməlidir. 9. Xəstələrə baş çəkilməlidir. 10. Əgər hər hansı bir müsəlman məsciddə və ya bazarda görünməzsə, axtarılmalıdır və olmamasının səbəbi araşdırılmalıdır. Əgər müşkülü olarsa, aradan qaldırılmalıdır. 11. Hər kəs zəruri səfərdən qayıdarsa, onun ziyarətinə və görüşünə gedilməlidir. 12. Maaşın və ya gəlirin vacib hissəsi haqqı olan şəxsə ödənilməlidir. 13. Dinin qayda-qanunlarından xəbərsiz olanlara məlumat verilməli və onlara biganəlik göstərilməməlidir. 14. Rəzil sifətlər sayılan təkəbbürü və lovğalığı özündən uzaqlaşdırmalıdır. 15. Müsəlman qardaşlarının xətalarına və səhvlərinə göz yummalıdır. 16. Camaata qarşı tündxasiyyət və qəzəbli olmamalıdır. 17. Camaata mənfəəti olmayan bir işi görməkdən, yaxud bir söz deməkdən çəkinməlidir. Məclisin sonunda belə qərara gəldilər ki, bu təşkilat üzvlərinin hər birinin yanında qələm və kitabça olmalıdır. Hər zaman bu maddələrin biri yerinə yetirilərsə, elə həmin an onu kitabçada qeyd etməlidir. Yuxarıda zikr edilmiş bəzi maddələrin icrası üçün pul lazım olduğuna görə 40 nəfərdən ibarət olan üzvlər qərara aldılar ki, ev əşyalarının artıqlarını satıb sadə yaşayışla qənaətlənsinlər və aylıq qazanclarının bir qismini təşkilatın büdcəsinə köçürsünlər, bu da təşkilatın gələcək işləri və fəaliyyətləri üçün bir yardım olsun.

MİSİRİN “VƏTƏN TƏŞKİLATI”NIN BİR AY ƏRZİNDƏ GÖRDÜYÜ İŞLƏR

Bu təşkilatın üzvləri Seyid Cəmaləddinin rəhbərliyi altında 17 maddədən ibarət olan bu qərarlara ciddi surətdə əməl edərək bir ay ərzində görülən işləri qələmə aldılar. Bunlar aşağıdakılardan ibarət idi: 1) 1500 xəstənin görüşünə getmişdilər. 2) Səfərdən qayıdan 2700 nəfəri ziyarət etmişdilər. 3) Cəmiyyətdən kənarda qalmış, yaxud camaat namazında iştirak etməyən 500 müsəlmanın vəziyyəti ilə maraqlanmışdılar. 4) 12000 nəfərin müşküllərini həll etmişdilər. 5) 800 nəfər spirtli içkini və narkotikanı ataraq tövbə etmişlər. 6) Namaz qılmayan 1300 nəfər hidayət olmuş və namaza başlamışdı. 7) 400 əxlaqsız qadın tövbə edib hidayət olmuşdu. 8) Təşkilat üzvləri idarələrdə çalışan 80 nəfər ingilis məmurunu bu dövlətə xidmət etməkdən çəkindirmiş, nəticədə onlar iste`fa verməyə məcbur olmuşlar. 9) Misirin 500 sərvətli şəxsini xaricdən, xüsusilə İngiltərədən gətirilmiş qiymətli əşyalar almaqdan çəkindirmişdilər. 10) Lazım olan sərmayəni ticarətdə zərər çəkmiş 75 nəfərin ixtiyarında qoymuşdular. 11) 206 fəqir və yoxsulun xərclərini bir illik təmin etmişdilər. 12) 35 məsihini, 15 yəhudini və 70 bütpərəsti İslama dəvət etmiş, nəticədə onlar haqq dini qəbul etmişdilər. 13) Misirdə İngiltərə dövlətini himayə edən məsihi təbliğatçıları ilə 44 məclis təşkil olunmuş və onlara 120 sual verilmişdi. Lakin bu təbliğatçılar həmin suallara cavab verməkdə aciz qalmışdılar. Bəli, bu da 40 nəfərlik kiçik bir təşkilatın bir ay ərzində gördüyü işlər! Nəhayət, bu fəaliyyətdən bir müddət sonra Misirdə iqtisadiyyat üzrə mütəxəssis Lord Kromer adlı birisi gördü ki, İngilis dövlətinin bu ölkədəki nüfuzu 45 faiz azalmış, həmçinin İgiltərənin ticarətinə 35 faiz ziyan dəymişdir. Lord Kromer ingilis idarələrində işləyən 80 nəfərin istefa verdiyinə və onların əvəzinə başqa ingilislərin işləmək istəmədiyinə şahid oldu. O, ingilis kompaniyalarının, xüsusilə bərbəzək əşyaları satanların, müştərilər onlara müraciət etmədiklərinə görə fəryad çəkdiklərini görüb bir daha təəccüb etdi.

Digər tərəfdən Misirə məstedici içkilər və əxlaqsız qadınları gətirən dəllallar, həmçinin kino-teatrlarda fəaliyyət göstərən bəzi ingilis məmurları öz işlərindən əl çəkib başqa sahələrə üz tutdular.

Lord Kromer sonda belə nəticəyə gəldi ki, Misirdəki məsihi təbliğatçılarının 35 illik fəaliyyəti “Vətən təşkilatı”nın bir aylıq fəaliyyətindən 16 dəfə aşağı səviyyədədir. O, bərk qorxuya düşüb təcili surətdə Londona bu barədə ətraflı məlumat göndərdi.

LORD KROMERİN MƏLUMATI

“İngilis dövlətini təhlükədən xəbərdar edirəm. Əgər Seyid Cəmaləddinin rəhbərliyi altında qurulmuş “Vətən təşkilatı” bundan sonra bir il də fəaliyyət göstərərsə, nəinki Asiyada, Afirkada İngiltərənin siyasəti və ticarəti birdəfəlik məhv olacaq, hətta Avropa ölkələri bütün dünyada nüfuzunu itirəcək.”

O, ikinci məlumatında belə yazır: “Vətən təşkilatı” bizim irəliləyişimizin qarşısını alan bir şimşəkdir. Buna görə də tez bir zamanda bu təşkilatın məhv olması üçün qərar çıxarılmalıdır.”

Üçüncü məlumatında belə yazır: “Misirin “Vətən təşkilatı” sanki 13 əsr bundan qabaq az bir müddət ərzində dünyanın dörddə üç hissəsini öz əsarəti altına alan müsəlmanların bariz nümunəsinə çevrilib.”

Məsihi təbliğatçılarından biri “Baş kilsə”yə belə yazır: “40 nəfər müsəlmanın vücudunda qərar tutan bir Seyidin ruhunun 700 milyon məsihi və İncil övladları müqabilində qələbə çalmasından heyrətli bir iş yoxdur.”

“Port Səid” adlı xəstəxananın xarici həkimlərindən biri yazır: “Misirin “Vətən təşkilatı”nın gördüyü heyrətləndirici işlər bundan sonra iyirmi il davam edərsə, çox keçməz ki, bütün Yer kürəsi onların oylağına çevrilər.”

İngiltərə bankının rəisi Londona belə bir xəbər verir: “Dövrün qəribə hadisələrindən biri də Avropa siyasətinin bu gün Misirdə, sabah isə bütün dünyada dini qanunlara riayət edən 40 nəfər müsəlmanın əli ilə dağılmasıdır.”

Nəhayət, bir-birinin ardınca gələn bu məlumatlar səbəbindən İngiltərə dövləti qorxuya düşüb belə bir əmr verdi: “Seyid Cəmaləddin sürgün olunsun. Şeyx Əbduh isə 3 il həbs cəzasına məhkum edilsin. Təşkilatın qalan üzvlərinə isə müəyyən cəzalar verilsin.”

Bu əmrdən bir müddət sonra ingilislər yenə də zəli kimi müsəlmanların canına yapışıb qanlarını sormağa başladılar.

ÜÇÜNCÜ FƏSİL

NAMAZ CƏMİYYƏT FƏZASINDA

NAMAZIN İCTİMAİ FƏLSƏFƏSİ

Namazın fəlsəfələrindən biri də cəmiyyət arasında nizam-intizam məsuliyyəti yaratmaqdan ibarətdir. Xüsusilə, camaat namazında nizamlı halda sıraya düzülmüş müsəlmanlar hərbi qulluqda cərgələnmiş əsgərlərə bənzəyir. Həmin əsgərlər hansısa bir məqsədə qulluq edirlər. Müsəlmanların da bu cür sıraya düzülməsi İslam dininin əzəmətini büruzə verir, bu dinin dostlarının və düşmənlərinin ruhunda dərin bir iz buraxır.

Namazın fəlsəfə və hikmətlərindən biri də əxlaqın gözəlləşdirilməsi, insanların günahlardan və bəyənilməyən işlərdən çəkindirilməsidir. Kimsə delə deyə bilər: “İnsanların cəzalandırılması üçün polis, məhkəmə və s. kifayət edər. Daha namazın adamı pis işlərdən çəkindirməsi nəyə lazımdır?” Cavab: Qoyulmuş qanunlar camaatın xəlvətdə gördüyü əməllərə təsir göstərə bilməz. Bu qanunların yalnız cəmiyyət arasında rolu var. Lakin namaz insanı aşkarda və gizlində günahlardan çəkindirən batini bir polisə bənzəyir.214

ETİMAD HİSSİ

Namazın ictimai fəlsəfələrindən biri də camaat arasında etimad hissi yaratmaqdan ibarətdir. Məlumdur ki, cəmiyyətdə bir-birinə qarşı inam və etimad hissi olmazsa, aləmin quruluşu, nizam-intizamı pozular, nəticədə hər şey süquta və məhvə uğrayar. Etimad hissini aradan qaldıran hər bir əməl (yalan, xəyanət, töhmət, qeybət və s.) şəriətdə günah və qadağandır. Əgər insanların bir-birinə etimadı olmasa, onların alış-verişi rövnəq tapmayacaq və ortada soyuq rabitələr, xoşa gəlməyən işlər baş verəcəkdir.

Etimad hissinin hasil olması üçün ən yaxşı yol budur ki, qarşımızdakı insanın güclü iman sahibi olduğunu anlayaq. Onun Allahdan (günahlara görə) çəkindiyini, xəyanət etmədiyini, yalan danışmadığını qəlbimizdə hiss edək. Onun əməllərinin həqiqətinə diqqət yetirək. Bu nəticəyə çatmağın yolu budur ki, görək bu şəxs namazda iştirak edirmi, ya camaatla qaynayıb-qarışırmı?

İslam dininin buyuruqları asan olmaqla yanaşı ağıl və elmlə üst-üstə düşür. Belə ki, bu dinin əhkamlarında heç bir çətinliyə yol verilməmişdir. İslamda etiqadi215 və əməli216 müşküllər də yoxdur. Vacib namazları tək halda da qılmaq olar. Lakin daha yaxşıdır ki, bu namazlar camaatla qılınsın. Camaat namazının çox faydaları var. İnşaallah bəzilərinə işarə olunacaq.

Namazın ictimai təsirlərindən biri onun imkan daxilində məsciddə, yaxud müsəlmanların cəm olduğu məkanda qılınmasıdır. Belə ki, camaat bu namazların ictimai faydalarından bəhrələnə bilsinlər. Bu mətləb hədislərdə təkidlə bildirilmişdir. Bir hədisdə belə buyurulur:

Qonşuluqda məscid ola-ola tək qılınan namaz – (kamil) namaz deyil.

217

Başqa bir hədisdə buyurulur:

“Məsciddə olan mömin suda olan balığa bənzəyir.”

218

Onu da qeyd edək ki, məscidə gedib camaatdan qıraqda tək namaz qılmağın faydası yoxdur. Məscidə daxil olan müsəlman namazını camaatla birlikdə qılmalı, onun ictimai təsirlərindən də faydalanmalıdır.

Məscidlərin məqamının müxtəlif dərəcədə olduğu, həmçinin orada qılınan namazın savabının da müxtəlifliyi bir çox rəvayətlərdə zikr edilmişdir. Belə ki, hər bir namazın ictimai yönü güclü olarsa, həmin namazın savabı, təsiri və faydası da çox olacaqdır.

Rəvayətlərdə insanlar həm camaat namazına rəğbətləndirilir, həm də orada iştirak etməyənlər pislənilir. Camaat namazına üzürsüz səbəbə görə gəlməyənlər “ümmətin yəhudiləri” adlandırılmışlar. Hətta onlarla rabitənin qırılması tövsiyə olunur.

CAMAAT NAMAZININ FƏLSƏFƏSİ

Hərbi xidmətdə olan əsgərlər günün müəyyən saatlarında meydana toplaşaraq komandirin əmrinə əsasən nizamlı şəkildə sıraya düzülür, əmr edilmiş hərəkətləri can-başla yerinə yetirirlər. Bu əsgərlərin bir amalı və iradəsi var. Onlar xüsusi bir əzəmət və vahid hədəflə özlərinin itaət hissini ürəkdən biruzə verirlər. Bu əməllər döyüş meydanına hazırlığı və nizam-intizamı bildirməklə yanaşı onların əzəmətini nümayiş etdirir.

Həmçinin, camaat namazında iştirak edən möminlər yuxarıda qeyd olunduğu kimi düzülürlər. Sıraya düzülmüş möminlərin hərəkətləri əsgərlərin hərəkətindən daha əzəmətli görünür. Başqa millətlər müsəlmanların bu vəhdətini müşahidə etdikdə istər-istəməz təsirlənirlər və düşmənlərin ruhiyyəsi zəifləyir.

Camaat namazı dinin şüarlarına təzimin nişanəsi hesab olunur. Bu təzim şəxsin itaət hissini, həmçinin məzhəbi nizam-intizamını daha da möhkəmləndirir.

Namaza düzülmüş bu sıralar döyüş zamanı güclü bünövrəsi olan sıraları xatırladır. Məhz belə bir məqamda arzu olunan ədalət və mehribanlıq yaranar. Əgər insanlar camaat namazına ciddi surətdə əhəmiyyət versələr, həmçinin namaz əhli olub ictimai zərurətlərə riayət etsələr, elə bir cəmiyyət yaranar ki, insanlar heç vaxt bir-birindən hürkməz, qorxmazlar. Bir-birlərinə etimad və inam bəsləyənlər artıq məhkəməyə, hər hansı bir rəsmi sənədə, polisə və s. ehtiyac duymaz. Hər kəs öz dini, ictimai, şəxsi və vicdani vəzifəsini düzgün yerinə yetirərsə, mağazaları bağlamağa və s. ehtiyac qalmaz. Belə olduqda camaat bir-birindən oğurluq etməz və xəyanətə, zülmkarlığa, təcavüzə yer qalmaz. Nəticədə hamı eyni bir hədəfə qulluq edər, bir-birlərinə səmimiyyətlə yanaşar. Bu üstünlüklər möminlər arasında camaat namazında və namazın fəlsəfəsində özünü göstərir.

Fransalı alim Renan deyir: “Kaş məni başdan ayağa cəlb edən məscidə heç vaxt ayaq basmayaydım. Başqa sözlə, kaş müsəlman olmağı heç vaxt arzulamayaydım.”219

CÜMƏ NAMAZI VƏ İKİ BAYRAMIN220 FƏLSƏFƏSİ

İşarə olunduğu kimi namazda əsas məsələ camaatın iştirakıdır. İşlərin asanlaşdırılması üçün tək halda namaz qılınmasına icazə verilmişdir. Lakin İslam şəriətində bəzi vacib namazların camaatla qılınması zəruridir. Məsələn, həftədə bir dəfə qılınan cümə namazı, həmçinin ildə iki dəfə qılınan fitr və qurban bayramı namazları camaatla qılınmalı və iki xütbə oxunulmalıdır.

Digər dinlərə nisbətdə İslam dininin üstünlüklərindən biri də budur ki, insanların bir yerə cəmləşməsi tez bir zamanda, heç bir xərcsiz, asanlıqla başa gəlir. Buna görə də həmin cəmiyyətdə böyük xeyirlər və müsbət nəticələr əldə edilir. İslamda ictimai namazların bəzi faydalarını yada salaq.


  1. Moizə məclislərinin təşkili, öyrənmək və öyrətmək:



İslam ictimaiyyətinin mühüm faydalarından, həmçinin, namazın ictimai fəlsəfələrindən biri xütbə və moizə məclislərinin təşkili, öyrənmək və öyrətməkdən ibarətdir. Bilirik ki, insan ictimai bir varlıqdır. İnsan heyvanların əksəriyyəti kimi tənha yaşamağı sevmir. İnsanlar cəmiyyət şəklində yaşayıb bir-birlərinin maddi və mənəvi ehtiyacını aradan qaldırmalıdır. Bundan başqa düzgün və ağılabatan bir yol ola bilməz. Çünki hər fərdin başqasına ehtiyacı var. Məsələn, həkim pinəçiyə, nazir bənnaya, yaxud əksinə və s. ehtiyaclıdır.

Mənəvi, əxlaqi, elmi işlərdə, həmçinin kamilliyyə doğru hərəkətdə də bəşərin bir-birinə ehtiyacı vardır. Quran bu barədə buyurur:

وَ شَاوِرْهُمْ فىِ الْأَمْرِ

Belə isə onlarla məşvərət et.”

221

Tənhalıqda və uzaq adalarda yaşayan insanların heyvanlardan çox da fərqli olmadığı artıq sübuta yetmişdir. Bəşərin elmi, ağılı və tərəqqisi məhz ictimai mühitdə kamilləşməyə qadirdir.



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--23-nsan-skeleri-1--ali-.html

--26.html

--3-7-06-----the-gospel.html

--31.html

--36.html