1 2 3 4 5 6 7 8 9

إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَرِ - Namazin hiKMƏt və SİRLƏRİ

səhifə6/9
tarix21.10.2017
ölçüsü0.95 Mb.

إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَرِ

“Həqiqətən, namaz insanı günahlardan və pisliklərdən çəkindirir.”148

Razü-niyaz edən şəxs həmişə çalışır ki, yersiz istəklərdən, həvəslərdən uzaqlaşıb onlarla mübarizədə nəfsini saflaşdırsın.

Quran bu barədə buyurur:

قَدْ أَفْلَحَ مَن تَزَكى‏

“Doğrudan da, nəfsini saflaşdıran nicat tapdı.” 149

Yaxud “Şəms” surəsində belə buyurulur:

وَ نَفْسٍ وَ مَا سَوَّئهَا فَأَلهَْمَهَا فجُُورَهَا وَ تَقْوَئهَا قَدْ أَفْلَحَ مَن زَكَّئهَا وَ قَدْ خَابَ مَن دَسَّئهَا

“And olsun nəfsə və O kəsə (Allaha) ki, onu nizama saldı. Sonra pisliyi və yaxşılığı ona ilham etdi. Həqiqətən, özünü saflaşdıran nicat tapdı və həqiqətən, özünü günaha batıran ümidsiz qalaraq məhrum oldu.” 150.

Razü-niyaz edən şəxs Allah dərgahına üz tutmaqla özünü bir növ yalqız, əlacsız, yazıq və yoxsul simasına salır. O, “Rəhm edin ki , Allah da sizə rəhm etsin” hədisinə riayət etməklə Allahın rəhmət kölgəsində olmaq istəyir. Necə ki, İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) “Şəbaniyyə” xütbəsində buyurur:

“Yetimlərə mehribanlıq göstərib rəhm edin ki, sizin də yetimlərinizə rəhm edilsin.”151

Xülasə olaraq deyə bilərik ki, razü-niyaz üçün bir sıra şərtlər var. Məsələn, razü-niyaz edənin zahiri cəhətdən bədəni və paltarı təmiz, əməlləri isə saleh olmalıdır. Batini cəhətdən qəlbi, niyyəti, fikri pak olmaqla yanaşı diqqətini tam Yaradana yönəltməli, yalnız Onun yardımları barədə düşünməlidir. Həmçinin, Allaha təsbih (Subhənəllah), təkbir (Əllahu Əkbər) zikrləri ilə yad edərək 14 məsuma (ələyhimussalam) salavat göndərməlidir. Məhz belə olan surətdə razü-niyaz edən şəxs həqiqi insaniyyət mərhələsinə daxil olur.152

Əgər deyilmiş bu şərtlər İslam cəmiyyətində təmin edilərsə, Əflatunun153 arzuladığı və xəyal etdiyi cəmiyyət həqiqətə çevrilər.

RAZÜ-NİYAZIN CAZİBƏSİ

Razü-niyazın aşkar təsir və fəlsəfəsindən, hətta cəm şəkildə yerinə yetirildikdə müştərək faydalarından biri də budur ki, insanın qəlbindəki qara pərdələr kənara çəkilir, şeytani vəsvəsələrdən uzaqlaşaraq qəlbində aramlıq, ləzzət və nuraniyyət duyur. Belə olduqda eşq və əlaqə onu Yaradanla razü-niyaza həmişə cəzb edəcəkdir. Bu cazibə qəlbdə saflıq və nuraniyyətin əmələ gəlməsinə, həmçinin razü-niyazın artmasına səbəb olacaqdır.

Əksinə, əgər razü-niyaza məşğul olan şəxs günah etsə, Allahdan uzaqlaşacaq, qəlbini qara pərdələr bürüyəcək və o üsyan qaldıracaq. Belə olan surətdə razü-niyaz üçün yer qalmayacaqdır.

RAZÜ-NİYAZIN QAYDALARI

Əhli-beyt (ələyhimussalam) tərəfindən razü-niyaz üçün bir sıra qaydalar zikr edilmişdir. Belə ki, bunlara riayət etməklə razü-niyazın təsirinin gücləndirilməsi mümkün sayılmışdır. Bu qaydalar aşağıdakılardan ibarətdir:

1) Mərifət; Məbudu tanımaq dua və razü-niyazın əsas şərtlərindən sayılır. Necə ki, “Tohide-Səduq” kitabında deyilir:

Bir dəstə camaat imam Sadiqin (ələyhissalam) hüzuruna gəlib dedi: “Biz Allahı çağırırıq, lakin dualarımız qəbul olmur.” Həzrət buyurdu: “Çünki Allaha qarşı mərifətiniz yoxdur.”154

2) Məbdəyə (Allaha) tam diqqət və qəlbin iştirakı; Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) öz vəsiyyətində həzrət Əliyə (ələyhissalam) belə buyurur: “Allah-təala qəlbi qəflətdə olan şəxsin dua və razu-niyazını qəbul etməz.”155 3) Hər şeydən üz çevirib yalnız Allahdan yardım istəmək; Bu barədə “Vəsailuş-şiə” kitabının 14 və 62-ci bablarında, həmçinin “Şəbaniyyə” xütbəsində rəvayətlər mövcuddur. O cümlədən: “Niyyətləriniz saf və ürəkləriniz pak olan halda Allahdan istəyin!”156 4) Zahiri təharət; Bədənin və paltarın təmiz olması, həmçinin xoş ətirlərdən istifadə edilməsi zəruridir. Bu barədə “Vəsailuş-şiə” və “İddətud-dai” kitablarında çoxlu rəvayətlər vardır. 5) Batini təharət; Nəfsin, həmçinin qəlbin rəzil sifətlərdən paklanması və onlara gözəl əxlaqi don geyindirilməsi. Bu barədə də “Vəsailuş-şiə” kitabının 65-ci babında bir çox rəvayətlər zikr edilmişdir. 6) Başqaları haqqında dua edib onlara xeyir diləmək; Yenə də “Vəsailuş-şiə” kitabının 37,38 və 39-cu bablarında və “İddətud-dai”də bu barədə bir çox hədislər nəql olunmuşdur. Onlardan birini zikr edirik:

“Musa ibn Cəfər (ələyhissalam) buyurmuşdur: Hər kəs müsəlman qardaşı kənarda olarkən onun üçün dua edərsə, ərşdən belə xitab gələr: Bu duanın yüz min bərabəri sənin üçün olsun!”157 7) Davamlılıq; Razü-niyaz edərkən davamlı surətdə təkrar etmək və məyus olmamaq lazımdır. Rəvəyətdə deyilir:

“Əbu Cəfər (ələyhissalam) buyurmuşdur: Allaha and olsun ki, hər bir mömin etdiyi duanı davamlı olaraq təkrarlasa, hacəti yerinə yetiriləcəkdir.”158

8) Dua edərkən zaman və məkana olan diqqət;

Razü-niyaz edərkən istənilən duanın xüsusi zaman və məkanlarda (məscidlər, hərəmlər, namaz qılıb Quran oxuduqdan sonra, sədəqə verdikdən sonra və s.) qəbul olması üçün bir çox rəvayətlər mövcuddur. Bu barədə “Vəsailuş-şiə” kitabına müraciət edə bilərsiniz.

9) Qəlb kövrəkliyi;

Dua və razü-niyaz edərkən qəlbin kövrək halı, ahu-zarla gözdən yaş axıdılması hacətin tez bir zamanda qəbul olmasının şərtlərindəndır. Əbu Bəsir İmam Sadiqdən (ələyhissalam) belə rəvayət edir:

“Qəlb kövrək olduğu zaman dua edilməlidir. Çünki bu halda o, (qəlb) Allah üçün xalisləşmiş və paklanmış olur.”159

10) Sitayiş və istiğfarla160 başlamaq; Razü-niyaza və duaya başlamazdan qabaq Allahı təsbih, təhlil, təmcid edib istiğfar diləmək rəvayətlərdə təkid olunmuşdur. “Vəsailuş-şiə” kitabının “Dua” babında bu mövzuda çoxlu hədislər vardır.

11) Ruzinin halal olması;

Razü-niyaz edən halal ruzi qazanmalı və halal ərzaqlardan istifadə etməlidir. Çünki haram ruzidən istifadə qəlbi qaraldıb duanı təxirə salır və qırx gün həmin hacətin yerinə yetməsinin qarşısı alınır. Necə ki, İmam Sadiq (ələyhissalam) buyurur:

“Duasının tez bir zamanda qəbul olmasını istəyən şəxs gərək qazancını halal yolla əldə etsin.”161

12) Əhli-beytə (ələyhimussalam) təvəssül edib salavat göndərmək;

On dörd məsuma (ələyhimussalam) salavat göndərmək və onlara təvəssül etmək razü-niyazdan həm əvvəl, həm də sonra yerinə yetirilən qaydalardan biridir. Bu mövzu ilə bağlı “Vəsailuş-şiə” kitabının 34-cü babına müraciət edə bilərsiniz. 13) Başqalarından dua istəyi;

Müsəlman qardaşlardan özümüz üçün dua istəyi həmin hacətin tez bir zamanda müstəcəb olmasına səbəb olur. “Vəsailuş-şiə” kitabının 38 və 50-ci babları bu mətləbi bəyan edir.

14) Camaatın haqqını ödəmək;

Camaatın haqqını tapdayıb zay etmək dua və razü-niyazın qəbul olmasına maneçilik törədir. Rəvayətdə deyilir:

“Allah-təala Musaya (ələyhissalam) vəhy edib buyurdu ki, Bəni-İsrailə de: Mən onların dualarını o zaman qəbul edərəm ki, kimsəyə zülm etməmiş olsunlar.”162

İSTİĞFAR VƏ RAZÜ-NİYAZ

Razü-niyazın mühüm hissələrindən biri günahlardan tövbə etməkdir. İmam Sadiq (ələyhissalam) buyurmuşdur:

“Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurdu ki, ən yaxşı dua və razü-niyaz istiğfardan ibarətdir.”163

Çünki istiğfarın özündə günahların bağışlanması var və ən yaxşı dua axirət işləri üçün edilən duadır. Həqiqi və düzgün istiğfar, tövbə ilə yanaşı olmalıdır. Əgər belə olmasa, istiğfar batil və ləğv bir şeydir. İmam Riza

(ələyhissalam)

bu barədə belə buyurur:

“Bir kəs istiğfar edib həmin günahı tərk etməsə, sanki Allahı məsxərə etmişdir.”164

TÖVBƏNİN ŞƏRTLƏRİ

Günahlardan tövbə etmək üçün altı şərtin yerinə yetirilməsi zəruridir. İmam Əli (ələyhissalam) bir nəfərin dildə istiğfar etdiyini görüb buyurur:

“İstiğfar “İlliyyin” dərəcəsindədir və onun altı şərti var. Onlardan ikisi rükn, ikisi qeyri-rükn, qalan ikisi isə kamillik şərtidir. Əgər bu şərtlər yerinə yetirilməsə, deməli, həqiqi tövbə etməmiş kimisən. Tövbənin rüknü olan iki şərt bunlardır; 1. Keçmişdə etdiyin günahlara görə doğrudan da peşiman olasan. 2. Bir daha günaha yol verməmək üçün ciddi surətdə qərara gələsən. Qeyri-rükn olan iki şərt isə bunlardır; 3. Allahın haqqını ödəmək. Yəni keçmişdə tərk etdiyin vacib əməllərin (namaz, oruc, xüms və s.) qəzasını yerinə yetirmək. 4 .Xalqın (camaatın) haqqını ödəmək. Yəni oğurluq, böhtan və s. günahlara yol vermisənsə, gərək sahiblərini tapıb halallıq alasan, razılıqlarını əldə edəsən. Kamillik şərti olan iki şərt isə bunlardır; 5. Günahın ləzzətini və şirinliyini dadmısansa, ibadət və itaətin də çətinliyinə dözməlisən. 6. Etdiyin günahların dərdindən qəm-qüssəyə batıb, haramla əmələ gələn əti ibadət vasitəsilə bədənində əritməlisən, belə ki, halaldan təzə ət əmələ gəlsin”165. Bu cür tövbə Quran nəzərində “nəsuh tövbə” adlanır. Necə ki, “Təhrim” surəsinin 8-ci ayəsində buyurulur:

يَأَيهَُّا الَّذِينَ ءَامَنُواْ تُوبُواْ إِلىَ اللَّهِ تَوْبَةً نَّصُوحًا

“Ey iman gətirənlər, Allaha tərəf qayıdıb xalis və həqiqi tövbə edin.”

Allahın kitabında tövbə barəsində ayələr çoxdur. Bu ayələr eyni mənada təfsir olunmuşdur. “Tövbə” kəlməsinin istilahi mənası günahları tərk edib Allaha doğru qayıtmaqdır. Lüğətdə isə bir şəxsin yolu səhv gedərək, sonradan həmin yolun səhv olduğunu başa düşüb geri qayıtması, düzgün yol ilə gedib əsl məqsədə yetişməsinə deyilir.166 İnsan nəfsi tam azadlıq istəyir və onun meylinə uyğun haram əməllərin qarşısının alınmasından çox-çox narahat olur. Həqiqətdə insan üçün tərtib edilmiş bu qadağalar onun dünya və axirəti üçün bir zəmanətdir. Bəziləri öz şəhvət və nəfs istəklərinin qarşısını ala bilmirlər. Belələri həmişə günah içində boğulurlar. Həqiqəti dərk edib əməllərinin batil və puç olduğunu başa düşdükdən sonra sanki qəflət yuxusundan ayılıb tutduqları yoldan geri qayıdırlar. Bu cəhətdən də Mehriban olan Allah öz bəndəsinin halına yanaraq ona xəbərdarlıq edir, həqiqi tövbə etməsini və günahlarının bağışlanmasını istəyir.

Şərif ayədə zikr olunan “nəsuh tövbə” həqiqi və xalis tövbə mənasındadır. Haram və batil yoldan qayıdan bəndə öz tövbəsində sabitqədəm olmalıdır. Başqa sözlə, insan ruhundakı dərin dəyişikliyə həqiqi tövbə deyilir. Belə ki, insan etdiyi xətanı anlayıb onu islah etdikdə vücudunun dərinliklərində dəyişiklik yaranmağa başlayır. Bu hal ən çox cavan nəsildə özünü biruzə verir. Çünki onların qəlbi pakdır, tez bir zamanda həqiqətin təsiri altına düşür və islah olurlar. Onların ən çox ruhi tərbiyəyə ehtiyacı vardır. “Nəhcül-bəlağə” bu barədə buyurur:

“Cavanların qəlbi pakdır və heç bir çirkinliyə aludə deyildir. Onlar sanki otsuz-ələfsiz, şumlanmamış xam bir torpaqdırlar. Belə ki, həmin torpaqda hər nəyi əksən, o da bitəcəkdir.”167

RUHİ DƏYİŞİKLİK

Tarixə nəzər saldıqda həmişə maddi və mənəvi islahatların daxili və ruhi dəyişikliklərin təsirindən irəli gəldiyinə şahid oluruq. Bu fitri qanundan belə bir nəticəyə gəlirik ki, fərdin və cəmiyyətin islahı, həmçinin günahlardan uzaqlaşmaq üçün daxilimizdə bir dəyişiklik yaratmalıyıq. Rəzil və heyvani xislətlər, o cümlədən, paxıllıq, kin-küdurət, tamah, təkəbbür, şəhvət və s. daxilimizdə dərin iz buraxmışdır. Təkamülün qarşısında duran bu şeytani tikanların kökünü kəsmək üçün nəfslə mübarizə və əxlaqi sifətlər əldə etməyə ehtiyacımız vardır. İnsanların qəlbi fərqli surətdə təsirlənir. Bəziləri həddindən artıq günah etdikləri üçün qətiyyən haqq sözü qəbul etmək istəmirlər. Onların qəlbləri sanki daşa dönmüş ət parçasıdır. Quran bu barədə belə buyurur:

إِنَّ

الَّذِينَ

كَفَرُواْ

سَوَاءٌ

عَلَيْهِمْ

ءَ

أَنذَرْتَهُمْ

أَمْ

لَمْ

تُنذِرْهُمْ

لَا

يُؤْمِنُون

“Həqiqətən kafirləri (əzabla) qorxutsan da, qorxutmasan da fərq etməz. Onlar heç vaxt iman gətirməzlər.”168 İkinci dəstə haqq sözdən tez bir zamanda təsirlənir və tez də bu halı əldən verir. Bu hal suda əlin izinə bənzəyir. Əl sudan çıxan kimi onun izi tez də itib gedir. Üçüncü dəstə isə haqq sözdən gec təsirlənənlərdır. Belə ki, bu təsir uzun müddət qalır. Əgər haqq söz onlar üçün təkrarlanmasa, təsiri aradan gedəcəkdir. Bu da əlin palçığa batırılmasına bənzəyir. Palçığa batmış əlin izi bir müddət qalır. Əgər yenidən bu proses təkrarlanmasa, palçığın izi itəcək və saflaşacaqdır. Bu dəstəyə aid olan insanlar üçün gərək tez-tez haqq söz təkrarlansın ki, təsiri aradan getməsin. Quran buyurur:

وَ ذَكِّرْ فَإِنَّ الذِّكْرَى‏ تَنفَعُ الْمُؤْمِنِين‏

“Həmişə (onların) yadına sal. Çünki həqiqətən, yada salmaq möminlərin xeyrinədir.”169 Belə olduqda haqq kəlamı eşidən ruhda tədricən dərin bir dəyişiklik əmələ gələcək və “misdən” olan vücudlar “qızıla” çevriləcəkdir.170 Həqiqi tövbə və istiğfar da günahkar insanın mahiyyətinin dəyişməsinə, həmçinin onun Allahın dostuna çevrilməsinə səbəb olur. Belə ki, məstedici içkilərin haramlığı barəsində ayə nazil olduqda cahiliyyət adətinə görə şərab içən bəzi səhabələr onu tərk etdilər. Rəvayətdə deyilir: “Cavan bir oğlan adəti üzrə içində şərab olan qabı əlində tutub gedirdi. Qabaqdan Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) ona tərəf gəldiyini görəndə halı dəyişdi. Ürəyində Allah ilə əhd bağlayıb dedi: “İlahi ! Əgər məni Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) yanında rüsvay etməsən, tövbə edib içkidən uzaqlaşacağam.” Birdən o, sirkə qoxusu hiss edib əlindəki şərabın sirkəyə döndüyünü gördü və sevindi. Nəhayət, Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) yaxınlaşıb salam verdikdən sonra cavanın əlindəki qabın içində nə olduğunu soruşdu. Cavan qabda sirkə olduğunu bildirdi. Həzrət qabın içində qatı və turş sirkə olduğunu gördü. Qabı qaytararkən cavan oğlan dedi: “Ey Allahın elçisi! Həqiqət bundan ibarətdir ki, bu qabın içindəki şərab idi. Sənin yanında rüsvay olmamaq üçün Allah-təala ilə əhd-peyman bağladım. Şərab da sirkəyə çevrildi.” Həzrət buyurdu: “Sən batinini və vücudunu dəyişdirib tövbə etdiyin üçün Allah da şərabı sirkəyə döndərdi.”

Quran buyurur:

إِنَّ اللَّهَ لَا يُغَيرُِّ مَا بِقَوْمٍ حَتىَ‏ يُغَيرُِّواْ مَا بِأَنفُسِهِم‏

“Həqiqətən, Allah bir qövmün (millətin) taleyini onlar özü dəyişdirmək istəməyənədək dəyişməz.” 171

ELMİ BİR NÖQTƏ:

Şərabın sirkəyə dönməsi adi və təbii bir işdir. Bu proses əslində mahiyyətin çevrilməsi deyil. Bu çevrilmə müəyyən bir müddət ərzində özü-özünə baş verir. Şərabın kimyəvi tərkibinin (etil spirti) sirkənin kimyəvi tərkibi (estik) ilə böyük fərqi yoxdur. Bunların hər ikisinin tərkibi müəyyən nisbətlə oksigen, hidrogen və karbondan ibarətdir. Şərabın sirkəyə dönməsi mikroskopik orqanizmlər vasitəsilə baş verir. 1895-ci ilədək yaşamış Pastor adlı fransalı alim mikroskop vasitəsilə faydalı və zərərli canlı mikrobları kəşf edərək onların haqqında dərin araşdırmalar apardı. O, bu kəşfi ilə dünya elminə böyük xidmət etmiş oldu. O cümlədən, bu böyük alim şərabın sirkəyə çevrilməsinin səbəbini tapıb bildirdi: “Əgər qabdakı şərabın ağzı açıq qalsa, havada olan mikroblar ona hücum edib havanın oksigenini tutmaqla şərabın içinə daxil olacaq”. Nəticədə həmin şərabın bir hissəsi sirkəyə, digəri isə suya dönəcək. Misin ya gümüşün qızıla çevrilməsi məsələsi isə qədim zamanlardan alimlərin və filosofların diqqət mərkəzində olmuşdur. İbn Sina kimi alimlər bir şeyin mahiyyətinin dəyişməsini inkar etmişlər. Əksinə, bəzi alimlər bunun mümkünlüyünü vurğulamışlar. Geologiya alimləri yer kürəsinin yaşının iki milyarddan artıq olması nəzəriyyəsini irəli sürmüş və buna dair dəlillər göstərmişlər. Bu fərziyyə və nəzərlərdən əlavə hər hansı bir ünsürün başqa bir ünsürə dönməsi mümkündür və bu qeyri-mümkün işlərdən deyildir. Keçmişdə Fuzəyl adlı cinayətkar və zalım bir şəxs yaşayırdı. O, istədiyi şəxsə təcavüz edər, var-yoxunu ələ keçirib camaatın namusuna sataşardı. O, nahaqdan neçə nəfərin qanını axıtmışdı. Fuzəyl bir gün gecə oğurluq və ya başqa məqsədlə bir evin divarından yuxarı qalxarkən qonşuluqdakı evdən kiminsə Quran tilavət etdiyini eşidir. Onun halı dəyişir, tövbə edir. Fuzəyli dəyişdirən bu ayə idi.

أَ

لَمْ

يَأْنِ

لِلَّذِينَ

ءَامَنُواْ

أَن

تخَْشَعَ

قُلُوبهُُمْ

لِذِكْرِ

اللَّهِ

“Görəsən, iman gətirənlərin qəlblərinin Allah zikrinin və nazil olanın (Quranın) bərabərində boyun əyməyinin (itaət etmək) vaxtı çatmadımı.” 172 Bu ayə tövbə ayələrindən biri sayılır. Mehriban Allah günahkarlara belə buyurmaq istəyir:

“Ey Pərvərdigarından üz çevirib qaçan fərarilər! Məndən uzaqlaşmağınız bəs etməzmi? Mən sizin yolunuzun intizarındayam. Günahlardan, azğın həvəsdən əl çəkməyin və Allaha tərəf qayıtmağın vaxtı çatmadımı?”

Şair demişkən:

Qayıt, haqqa qayıt! Hər nəsən qayıt,

Fərqi yox, kafirsən, yoxsa bütpərəst.

Ümidini qırma, qapımız açıq,

Yüz yol büdrəsən də axtar mərhəmət.

Bu ayəni eşidən Fuzəylin daxilində güclü bir çevriliş baş verdi. Vücudunu sanki atəş bürüdü və pis əməlləri gözləri önündə canlandı. Pak vicdanı ona əziyyət verirdi. Qəlbinin dərinliklərindən kükrəyən çevriliş onu həqiqi tövbəyə doğru çəkirdi. Elə bil ki, ayədən bir qığılcım sıçrayıb onun nəfsani və şeytani çirkinliklərini yandırdı. Qəlbi paklaşaraq riqqətə gəldi, gözlərindən yaş axıtmağa başladı. Bədəni lərzəyə düşdü, üzünü Allah dərgahına tutub yalvarışla dedi:“İlahi! Etdiyim bütün günahlara görə Öz əzəmətinlə tövbəmi qəbul edirsənmi? Pərvərdigara! Əgər məni Öz rəhmət qapından qovsan, hara gedim, hara pənah aparım?

Quran buyurur:

رَبَّنَا

ظَلَمْنَا

أَنفُسَنَا

وَ

إِن

لَّمْ

تَغْفِرْ

لَنَا

وَ

تَرْحَمْنَا

لَنَكُونَنَّ

مِنَ

الْخَاسرِِين

“Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər bizi bağışlayıb rəhm etməsən, həqiqətən, ziyan çəkənlərdən olarıq.”173 Fuzəylin qəlbi riqqətə gəlmişdi. O, doğrudan da keçmiş əməllərindən peşiman idi. Fuzəyl pis əməllərinin əvəzini ödəmək məqsədilə əvvəllər ələ keçirdiyi haram malları öz sahiblərinə qaytardı. Zülm etdiyi şəxslərdən bir-bir halallıq almağa başladı. Nəhayət iş o yerə gəlib çatdı ki, adı dillərə düşdü, zahid və abid bir mömin kimi tanındı. Həmçinin, ariflər arasında məşhur olan Bişr Hafinin başına gələn hadisəni nəzərinizə çatdırmaq istərdik: Bir gün imamətin yeddinci günəşi Musa Kazim (ələyhissalam)

Bişrin evinin yanından ötüb keçirdi. Evdən gələn tar, ud səsləri və kənizlərin rəqs, mahnı sədaları küçəni bürümüşdü. Bişr fasiq və sərvətli bir şəxs idi. O, həmişə evində şərab, meyxana və s. günah məclisləri qurardı. Kənizlərdən biri ehtiyac ardınca evdən çölə çıxarkən imam Kazim (ələyhissalam) ondan soruşdu: “Bu evin sahibi quldur, ya azad?” Kəniz cavab verdi: “Azad”. Həzrət buyurdu: “Bəli, görünür ki, azad insandır. Əgər qul olsaydı, belə işlər görməzdi”. Kəniz evə daxil olub imamın (ələyhissalam) sözlərini sahibinə dedi. Bunu eşidən Bişrin halı dəyişdi. Sonra ayaqyalın bayıra atılıb həzrətin ardınca qaçmağa başladı. İmama (ələyhissalam) çatıb özünü onun ayaqları altına atdı. Nəhayət, həqiqi tövbə etdi və adı camaat arasında dillər əzbəri oldu.”

TƏBİƏT ALƏMİNDƏ MAHİYYƏTİN DƏYİŞMƏSİ

Atom mütəxəssisləri atom nüvəsinin partlayışı zamanı ondan fövqəladə bir enerji ayrılması barəsində bir çox məlumatlar əldə etmişlər. Bu məsələ mahiyyətin dəyişməsini və onun gerçəkliyini kamil surətdə isbat edir. Alimlər atom nüvəsinin partlayışı barəsində deyirlər: “Atom174 zərrəciklərinin tarazlığı onun neytronlarının tarazlığı ilə eynidir. Əgər onların sayı azalıb-çoxalsa, nüvə parçalanır və enerjisi ayrılır. Sonra isə protonlar və neytronlar ətrafa yayılmağa başlayır.”175

Xaricdəki bir neytronu atom nüvəsinə daxil edən kimi tarazlıq ani sürətdə pozulmağa başlayır və partlayış baş verir. Bu hadisə ipi qırılıb dənələri ətrafa səpələnən təsbihə bənzəyir. Atom bombası uran adlanan maddədən hazırlanır. Uran atomunun həm elektronlarının, həm də protonların sayı 92-dir. Əgər başqa bir neytronu uran atomuna daxil etsələr, həmin atomun tarazlığı pozular. Nəticədə barium və kripton (uranın ən sadəsi) əmələ gələcəkdir. Ondan səpələnmiş artıq neytronlar başqa bir atoma daxil olur və yenidən atomun tarazlığını biri-birinə vurmaqla təzə partlayış əmələ gətirir. Bu tərtiblə atom bombasının partlayışı hasil olur və zəncirvari davam edir. Belə olduqda atomlar bir-bir partlayır və öz qüvvəsini xaricə ötürür. Həmin itən qüvvədən isə yeni barium və kripton atomları düzəlir. Materialist alimlərin bəzisi hidrogeni aləmdə ilk yaranmış element sayır. Belə ki, zaman ötdükcə bu hidrogen başqa tərkibə çevrilmişdir. Yəni, ya hidrogenin atom nüvəsi bir yerə cəm olub oksigen atomu əmələ gətirir,176 ya da ki, iki hidrogen atomu bir yerə cəmləşib bir helium atomu yaradır. Bu fərziyyəni bir çox materialist alimlər qəbul etmir və bugünkü elmin inkişafı onu rədd edir. Beləcə Ptolomeyin, Darvinin, Lamarkın, Laplasın və s. materialist alimlərin nəzəriyyələrini müasir dövrün elmi bilikləri ilə müxtəlif yollarla rədd etmək mümkündür. Hətta bu nəzər sahiblərinin özləri belə irəli sürdükləri fərziyyələrə çox da inanmamışlar. Lakin bu alimlərin davamçıları onların yersiz xəyallarını “vəhy” kimi qəbul edirdilər.

RÜKU VƏ SƏCDƏNİN FƏLSƏFƏSİ

Namazın ən mühüm rüknlərindan sayılan rüku və səcdə Allaha daha da yaxınlaşmaq üçün böyük rol oynayır. Rüku Allah qarşısında əyilib ehtiram göstərməklə bərabər Məbuda təzim edib Onun böyüklüyünü etiraf etməkdən ibarətdir. Necə ki, keçmişdə adi camaat padşahlara təzim əlaməti olaraq onların qarşısında əyilir, sonsuz ehtiramlarını bildirirdilər.

Səcdə isə əbdin (bəndənin) alnını torpağa qoyub Məbudun (Allahın) qarşısında zəlilliyini göstərməsi, özünün sonsuz dərəcədə zəif və fəna olduğunu bildirməsindən ibarətdir. “Məbuda təzim” və “əbdin zəlilliyi” ibadətin ruhunu göstərir. Bu iki dəyər hər hansı bir ibadətdə cəm olsa, həmin ibadət kamil və həqiqi sayılar. Allah-təala ictimai ibadət olan namazda rüku və səcdəni cəmləşdirib onların vasitəsilə namazın qədr-qiymətini daha da çoxaltmışdır. “Minhacus-sadiqin” kitabında deyilir: “Bəni Səqif” tayfası həzrət Məhəmmədin (salləllahu ələyhi və alihi və səlləm) yanına gəlib xahiş etdi ki, Allah-təaladan namazdan rüku və səcdənin götürülməsini istəsin. Çünki cahiliyyət dövründə yaşamış bu təkəbbürlü və lovğa insanlara Yaradanın qarşısında təzim etmək ağır gəlirdi. Həzrət fikrə dalıb bu barədə vəhyin nazil olmasını gözlədi. Nəhayət, “İsra” surəsinin 74-cü ayəsi nazil oldu:

وَ لَوْ لَا أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيًْا قَلِيلا

“Əgər səni sabitqədəm etməsəydik, az qalırdı ki, onların sözünə meyl edəsən.”

Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) bu ayənin ciddi bir xəbərdarlıq olduğunu bilib həmin tayfanın xahişini rədd etdi. Rəvayətlərin birində belə deyilir: İslam peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: “Rüku və səcdə olmayan dində xeyir yoxdur.”177 Ola bilsin ki, hədisdə zikr olunan “din” namaz mənasındadır. Meyitə qılınan namaz (meyit namazı) əslində duadır. Çünki bu namazda rüku və səcdə yoxdur. Hər bir insanın vücudunun dərinliyində zati bir təkəbbür var. Bunun dərmanı yalnız namazda olan ruku və səcdədir. Çünki insanın ən şərəfli üzvü onun sifətidir. İnsanın sifəti başqa məxluqların sifətindən üstündür. Allah-təala insanın surətini ən üstün şəkildə yaratdığına görə Özünə “Afərin” 178 buyurmuşdur. “Tin” surəsinin 4-cü ayəsində buyurulur:

لَقَدْ خَلَقْنَا الْانسَانَ فىِ أَحْسَنِ تَقْوِيم‏

“Həqiqətən, biz insanı ən gözəl surətdə yaratdıq.”

Şair belə deyir:

Qadir Allah səni yaradan zaman,

Özünə “afərin” söyləmiş inan.

Bəşərin ağıl və düşüncə qüvvəsinin cəmləşdiyi alın nahiyəsi insan üzünün ən fəzilətli hissəsi sayılır. Alını torpağa qoymaq insanın son dərəcə acizliyini göstərir. Buna əsasən də səcdə elə bir kəs üçün olmalıdır ki, Onun əzəməti, ucalığı, böyüklüyü və rəhməti hər yeri bürüsün. Bu da yalnız Allah-təalaya məxsusdur. Mələklərin Adəmə (ələyhissalam) səcdə etməsinə gəldikdə isə həmin səcdə Adəm (ələyhissalam) yox, Allah üçün və Allahın əmrinə əsasən olmuşdur. Sadəcə Adəm (ələyhissalam) qiblə179 rolunu oynamışdır. Yəqub (ələyhissalam) və oğlanlarının Yusif peyğəmbərə (ələyhissalam) səcdə etmələrinə gəldikdə isə bu səcdə şükür səcdəsi ünvanında idi. Yəni, Allah-təala bu neməti (Yusifi (ələyhissalam)) yenidən onlara bağışladığı üçün Allaha şükür səcdəsi etdilər.180 Səcdədə bəndə öz faniliyini izhar edir. “Taha” surəsinin 55-ci ayəsində buyururlur:


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--cityofnorfolk---5.html

--cityofnorfolk--.html

--consumptione.html

--dac-cineva-fiind-ieit.html

--dicembre-2016-e.html