1 ... 6 7 8 9 10 11 12 13 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə10/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

44 


ilə bağlıdır. Bu dövrdəki fəaliyyətində 

Mehdi Hüseynin tənqidçidən nə  tələb 

etdiyini  İsmayıl  Şıxlı bir sistem halında 

təqdim edir. Məsələn, “Tənqid aydın və 

obyektiv olmalıdır. Çünki tənqidin məq-

sədi  ədəbi inkişafımızda olan ayrı – ayrı 

qüsurları göstərib islah etməkdir”

1

. Ya-

xud: “Ən gözəl bədii  əsər, həyatı tam 

mənası ilə dürüst göstərən  əsərdir. Bu 

səbəbə görə  də  tənqidçi həyatla bədii 

əsəri tutuşdurub qiymətləndirməlidir”

2

.  Bundan başqa, Mehdi Hüseynin tənqidin 

qərəzsiz olması barədə söylədiyi fikir də 

İsmayıl  Şıxlıya görə, meyardır: “Əsasən 

haqsız və yanlış tənqidlər belə (əgər onun 

müəllifi müqəddəs bir qayə üçün çarpışır-

sa) ədəbi inkişafa mane ola bilməz. Əksi-

nə, bəzən bu tənqidlər müəllifi – drama-

turqu yeni – yeni fikirlər ətrafında müəy-

yən tədqiqlər aparmağa məcbur edir. 

Burasını da unutmamalıdır ki, ən istedad-

lı yazıçıları belə riyakar təriflər öldürə 

bilər.  Əgər o gəncsə onu inkişafdan sax-

laya bilər”

3

.                                                   

1

 Mehdi Hüseyn. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.287 

2

 Yenə orada. s.287 

3

 Yenə orada. s.287

 

      –         – 

45

İsmayıl  Şıxlı Mehdi Hüseynin ədəbi – 

tənqidində qiymətləndirdiyi bir cəhət də 

tənqiddə aydınlığın olmasıdır. Odur ki, 

Mehdi Hüseynin tənqiddən tələb etdiyi 

aydınlıq belədir: “Əgər tənqidin özü də 

izaha möhtac olsa, oxucuda təəccüb oyat-

sa və bir sıra yeni sualların çıxmasına sə-

bəb olsa o heç vaxt xalqın qabaqcıl 

hissəsinin rəyini ifadə edə bilməz”

1

.  İsmayıl  Şıxlı Mehdi Hüseyni ədəbiy-

yatda realizmi ciddi müdafiə edən, mü-

cərrəd romantik meyllərin  əleyhinə olan, 

sosialist realizmi üslubunda əsər yazan 

sovet yazıçılarının hər birində özünəməx-

sus ifadə  tərzinin və  təsvir vasitələrinin 

olmasını  zəruri hesab edən bir tənqidçi 

kimi xarakterizə edir

2

İsmayıl Şıxlı Mehdi Hüseynin klassik-

lərimiz barədə söylədiyi qiymətli fikirləri 

əhəmiyyətli hesab edir. Mehdi Hüseynin 

söylədiyi bu fikri: “Əski  ədəbiyyatı, klas-

sik  ədəbi irsi öyrənmək lazımdır. Lakin 

yeni  ədəbiyyat yaratmaq üçün!.. Bizim 

üçün əski, klassik ədəbiyyat artıq məqsəd 

deyil, vasitədir”

3

.                                                   

1

 Mehdi Hüseyn. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.287 

2

 Yenə orada. s. 288-289 

3

 Yenə orada. s. 291 



      –         – 

46 


İsmayıl  Şıxlı Mehdi Hüseynin fəaliy-

yətinin – elmi, tənqidi, ictimai, bədii 

fəaliyyətinin bütün xüsusiyyətlərini ümu-

miləşdirərək yazır: “Hərtərəfli biliyə  və 

geniş  əhatəli yaradıcılığa malik olan 

Mehdi Hüseyn ədəbiyyatımızın  ən məh-

suldar və mübariz sənətkarlarından biri-

dir. Onun bütün elmi, tənqidi fəaliyyəti, 

ictimai xidmətləri və  bədii yaradıcılığı 

Azərbaycan sovet ədəbiyyatının təşək-

külü və inkişafı ilə elə bağlıdır ki, onsuz 

bu  ədəbiyyatı  təsəvvür etmək qeyri – 

mümkündür”

1

İsmayıl Şıxlı Səməd Vurğunun ədəbiy-

yatımızdakı mövqeyindən, fəaliyyətindən 

və xidmətindən bəhs edərək “Səməd 

Vurğun yenə  sıramızdadır” qənaətinin 

yüksək elmi – nəzəri səviyyədə açımını 

edir. Bu zaman Səməd Vurğunu və onun 

yaradıcılığını müxtəlif istiqamətdə açıqla-

yır, bu böyük insanın həqiqi qiymətini 

verməyə çalışır. O, yazır: “Hər hansı 

sənətkarın poetik qüdrətinin həqiqi qiy-

mətini zaman verir. Aradan illər keçdikcə 

ona qarşı  bəslənən subyektiv münasi-

bətlər azalır,  əleyhdarlar və  tərəfdarlar 

                                                 

1

 Mehdi Hüseyn. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s. 293 

      –         – 

47

sıradan çıxır, həyata yeni gələn obyektiv 

nəsil hər kəsi öz ləyaqətinə görə qiymət-

ləndirir. Zamanın bu sınağından çıxmaq 

isə çox çətindir. Elə sənətkar olur ki, sağlı-

ğında  şan – şöhrət qazansa da sonradan 

unudulur, eləsi də olur ki, əksinə, həqiqi 

qiymətini sonradan alır. Lakin başqa bir 

qrup poetik istedadlar da var ki, onlar 

həmişə ədəbiyyatın bayraqdarı olaraq qa-

lırlar. Sevimli xalq şairimiz Səməd Vur-

ğun məhz həmişə bayraqdar olan və qəlb-

lərdə yaşayan ölməz sənətkarlardandır”

1

Səməd Vurğunu illər bizdən uzaqlaş-

dırdıqca, o daha da bizə yaxınlaşır. Hələ 

onu da deyək ki, ictimai – siyasi həyatda 

çoxlu dəyişikliklərin olmasına baxmaya-

raq Səməd Vurğunun Azərbaycan  ədə-

biyyatında öz yeri var. O, ədəbiyyat tari-

ximizdə,  şeir tariximizdə elə bir istedad-

dır ki, onsuz Azərbaycan  ədəbiyyatını 

təsəvvür etmək olmaz. O, söznən rəsm 

çəkən, söznən çələng toxuyan sənətkardır. 

Onun sözü oynatmaq qabiliyyəti Azər-

baycan dilinin imkanlarının, məhz poetik 

imkanlarının üzə  çıxmasında, dilimizin 

sevilməsində, dilimizin ruhunun və fəlsə-

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.293 


:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--19.html

--nbyev--e---moslemzadeh--23.html

--nbyev--e---moslemzadeh--28.html

--nbyev--e---moslemzadeh--32.html

--nbyev--e---moslemzadeh--37.html