1 ... 15 16 17 18 19 20 21 22 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə22/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

102 


məziyyəti bundan ibarətdir ki, inqilabi 

proses milli həyatımızın özünəməxsus 

cəhətləri ilə  əlaqədar  şəkildə, zəruri, qar-

şısıalınmaz bir hadisə kimi verilib və Ab-

basqulubəy  Şadlinski obrazında bir növ 

rəmzləşdirilib”

1

, onda o, yazıçının tərcü-

meyi halının, topladığı həyat materialının 

yaradıcılıqda həlledici rol oynadığını  nə-

zərə alırdı. Eyni zamanda Fərman Kərim-

zadənin öz həyatının romanındakı  qəh-

rəmanlarla və hadisələrin cərəyan etdiyi 

yerlərlə  qırılmaz bağlılığını unutmurdu. 

Burada  İsmayıl  Şıxlı öz yazıçı  təcrübə-

sindən çıxış edərək fikir söyləyir, həm də 

öz təcrübəsindən danışırdı. Belə ki, o, 

“Dəli Kür”də istifadə etdiyi həyat ma-

terialları barədə deyirdi: “Kür sahilindəki 

Şıxlı  kəndində baş verən hadisələr haq-

qında eşitdiklərim və gördüklərim uşaq-

lıqdan məni həyəcanlandırırdı. Hələ  tələ-

bəlik illərində bir hekayə  də yazmışdım. 

İnstitut qəzetində  dərc olunmuşdu. Adı 

da “Dəli Kür” idi. Romanın yazılmasına 

məni cəlb edən cəhətlərdən biri də - Qori 

seminariyasının mədəniyyət tariximizdə-

ki yeri olmuşdur. Yaxşı bilirik ki, bu 

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.318 

      –         – 

103


seminariyanı kimlər bitirib!”

1

 Bununla da 

İsmayıl  Şıxlı öz topladığı  həyat material-

larının onun yaradıcılığında, xüsusilə 

“Dəli Kür” əsərində mühüm rol oynadı-

ğını  nəzərə çatdırırdı.  İsmayıl  Şıxlı tarixi 

roman təcrübəsindən və yazıçının tərcü-

meyi-halının onun yardıcılığında rolu 

məsələsindən danışarkən xalq dastanla-

rından, Tolstoyun, Şoloxovun, Floberin 

yaradıcılığından çox şey öyrəndiyini (tək-

cə özünün deyil, digər yazıçıların da öy-

rəndiyini) qeyd etməklə yanaşı

1

, Çəmən-

zəminli və Ordubadi yaradıcılığını da 

yüksək qiymətləndirir. Onların həyat və 

yaradıcılıq yolunu böyük məktəb, örnək 

məktəb hesab edir. “Ordubadinin zəngin 

həyat və yaradıcılıq yolu böyük, nümunə-

vi məktəbdir. Yenə əvvəlki fikrimə qayıt-

maq istəyirəm. Yazıçının tərcümeyi-ha-

lının yaradıcılığındakı rolu məsələsinə. 

Təbiidir ki, Ordubadi Cənubi Azərbaycan 

inqilablarının iştirakçısı  və  şahidi olma-

saydı, “Dumanlı Təbriz” kimi monumen-

tal roman yaranmazdı. “Gizli Bakı”, “Qı-

lınc və  qələm”  əsərləri Ordubadinin çox 

geniş yaradıcılıq diapozonunu aydın gös-

                                                 

1

 

Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.318-319 

1

 

Yenə orada. s.319 

      –         – 

104 


tərir. “Dumanlı  Təbriz”dən sonra “Şa-

mo”, “Səhər”, “Gələcək gün” yaranmış-

dır. Mən bu əsərləri Ordubadi ənənə-

lərindən ayırmır və  həmin  ənənələrin 

inkişafı və kamilləşməsi hesab edirəm”

1

 . 

İsmayıl  Şıxlı M.S.Ordubadidən söhbət 

düşmüşkən ona birtərəfli münasibətlərin 

olmadığını da unutmur və bu münasibət-

lərin özünə aydınlıq gətirir. Vaxtilə 

M.S.Ordubadinin tənqid olunduğunu, 

ona Düma estetikasının davamçısı kimi 

yanaşıldığını, sonradan bu qəbildən olan 

tənqidçilərin onun məddahlarına çevril-

diyini  ədəbi mühitlə bölüşür. “Düzdür, 

Ordubadidə macəraçılıq meylləri də var. 

Təsvir və hadisələrə münasibətində buna 

rast gəlmək mümkündür. Onda Valter 

Skott, hətta Düma ənənələrinin təsirlərini 

axtarmaq da olar. Buna baxmayaraq, Or-

dubadi böyük vətəndaş-yazıçıdır. Onun 

tarixə münasibəti düzgündür. Çünki bu 

münasibət xalqın keçmişinə məhəbbət, bu 

gününə, gələcəyinə inam yoludur. Bu 

yol–səkkiz  əsr  əvvəlki hadisələrə müasir 

ictimai ideallar mövqeyindən baxmaq 

yoludur”

2

.    

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.319 

2

 Yenə orada. s.319 

      –         – 

105


İsmayıl Şıxlı müasir qəhrəman proble-

minə onun müasir ideallarla yaşayan və 

bu günün tələblərinə cavab verən keyfiy-

yətlərinə  bədii nümunələr  əsasında mü-

nasibət bildirir. Məsələn, müasir qəhrə-

man məsələsinə o, müxtəlif istiqamət-

lərdən yanaşaraq aydınlıq gətirir. Bu mə-

nada  İsmayıl Şıxlının müasirlik haqqında 

fikirlərinə diqqət yetirək: “Müasir qəh-

rəman-müasir ideallarla yaşayan, bu gü-

nün tələblərinə cavab verə bilən  şəxsiy-

yətdir”


1

. Yaxud, “... Ədəbiyyat belə  fəda-

kar, cəfakeş, sağlam idealların daşıyıcısı 

olan qəhrəmanlarsız yaşaya bilməz”

2

.  Digər bir məqam: “Əslində, insanın 

böyüklüyü konfliktlərdə açılır:  ən çətin, 

gərgin hallarda insanın daxilində  hətta 

özünə aydın olmayan yeni yüksək 

keyfiyyətlər baş qaldırır”

3

. Digər bir 

məqam: “Ədəbiyyat – insanşünaslıqdırsa, 

bu cəhətləri ön plana çəkə bilməlidir”

4

.  İsmayıl  Şıxlı  nəsrimizdə  nəsillər esta-

fetinin davam etdiyini, nəsrimizdə yeni 

gənclərin yetişdiyini 

ədəbiyyatımızın 

nailiyyətləri hesab edir. O, özündən əvvəl 

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.320 

2

 Yenə orada. s.321 

3

 Yenə orada. s.321 

4

 Yenə orada. s.321 



:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--41.html

--nbyev--e---moslemzadeh--46.html

--nbyev--e---moslemzadeh--50.html

--nbyev--e---moslemzadeh--55.html

--nbyev--e---moslemzadeh--6.html