1 2 3 4 5 6 7 8 9 10 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə7/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

30 


azacıq da olsa işıqlanmaq istəyirlər. Onlar 

yazıçıya ideal fikirlər carçısı kimi baxırlar, 

məhz buna görə də yazıçı hər sözünə, hər 

əsərinə, hər hərəkətinə böyük məsuliyyət 

hissi ilə baxmalıdır. O, əsərini oxuculara 

təqdim edənə qədər onun üzərində dönə-

dönə  işləməlidir”

1

. Yaxud: “Mən  əsəri 

oxuculara təqdim edildikdən sonra onu 

dönə - dönə  işləməyin, yeni – yeni va-

riantlar yazmağın əleyhinəyəm. Bütün bu 

proseslər mümkün qədər çapa qədər baş 

verməlidir”

2

İsmayıl  Şıxlı istedadlı  gənclərin yara-

dıcılığı ilə bağlı maraqlı fikir söyləyir, 

məsləhətlər verir. Bununla bir növ 

ədəbiyyata gələn istedadlı  gəncləri mə-

suliyyətli olmağa çağırır, eyni zamanda 

onların yaxşı  əsər nümunələri yarat-

masını müqəddəs borc kimi nəzərlərinə 

çatdırır.  İsmayıl  Şıxlının gənc istedadlara 

verdiyi məsləhətlərin tezisi bunlardır: “... 

mən gənclərə  məsləhət görərdim ki, hə-

mişə yaxşı nümunələri əsas götürsünlər”

3

“Gənc yazıçılar ilk növbədə onların  əsas 

silahı olacaq dili mükəmməl öyrənmə-

                                                 

1

 Ürəklərə yol tapmalı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.352 

2

 Yenə orada. s.352 

3

 Yenə orada. s.353 

      –         – 

31

lidirlər. Bizim Azərbaycan dilinin zəngin 

poetik imkanlarından istifadə etməlidirlər. 

Sadəliklə adiliyi seçə bilməlidirlər. Elə 

ifadələr tapmalıdırlar ki, hər sözün özün-

də belə daxili dramatizm olsun. Ancaq 

çox vaxt dilin adi axınını duymayan, 

qrammatik qaydaları belə bilməyən 

adamların roman və povestlərinə rast gə-

lirik. Bəzən belə hallar da olur ki, hər şey 

yerindədir, ancaq əsərin emosional təsir 

gücü hiss edilmir. Kəlmələr ölü olur”

1

.  


İsmayıl  Şıxlı axtarışda olan və bu 

yolda narahatlıq hissindən məhrum olan 

gənc istedadlara da yol göstərir. Təkcə 

istedadına arxayın olmaqla yazıb yarat-

mağı  məqbul saymır. Belə hesab edir ki, 

təkcə istedadına arxayın olanlar “müasir 

tələblərlə ayaqlaşa bilməz”

2

İsmayıl Şıxlı yazılan bədii əsərlərin bir 

qüsurunu da təhkiyəçilik ilə bağlayır, təh-

kiyəçiliyin hadisələrin dramatik təsvirini, 

psixoloji vəziyyətləri göstərməməsini, 

xarakterlərin açılmaq imkanını  məhdud-

laşdırmasını vacib bir fikir kimi söyləyir. 

Yalnız sözə yox, həm də  təsvirə, məhz 

təsvir vasitəsilə  qəhrəmanın özünəməx-

                                                 

1

 Ürəklərə yol tapmalı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.353 

2

 Yenə orada. s.353 



      –         – 

32 


sus keyfiyyətlərinin açılmasına üstünlük 

verir.  İsmayıl  Şıxlı yazır: “Əgər qəhrə-

manın qoçaqdırsa, sözlə yox, təsvirlə 

göstərməlisən. Belə olduqda hadisələr də, 

insanlar da canlı  çıxacaq və emosional 

təsir gücü çox olacaq”

1

.  


İsmayıl Şıxlı ədəbi mühitə həssas mü-

nasibət bəsləyən ədib kimi ayrı – ayrı ya-

zıçı  və  şairlər barədə fikirlər söyləyir, bir 

növ ədəbiyyatın real vəziyyətini təhlil et-

məyə çalışır. Məsələn, o, Məmməd Aranlı 

barədə oxucuda təsəvvür yaratmaq üçün 

bütün imkanlardan istifadə edir, ömrü az 

olan, lakin ömrünün hər ilini, ayını, 

gününü mənalı yaşayan Məmməd Aranlı 

barədə yazır: “Biz bir məktəbdə oxuyur-

duq. Hər ikimiz V.İ.Lenin adına APİ-nin 

(indiki ADPU-nun – B.X.) ədəbiyyat 

fakültəsinin tələbəsiydik. Məmməd Aran-

lı  məndən bir kurs aşağı idi. Mən onun 

özü ilə tanış olmazdan xeyli əvvəl qəzet 

və jurnallarda çıxan  şeirlərini oxumuş-

dum. Məmməd Aranlı hələ Bakı Pedaqoji 

məktəbində oxuyarkən  şeirlər yazırdı. O 

vaxt o özünə  təxəllüs götürməmişdi. 

Əsərlərinin altından “Ağazadə  Məm-

                                                 

1

 Ürəklərə yol tapmalı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980,. s.353 

      –         – 

33

məd” deyə imza atırdı. 1938-ci ildə, ali 

məktəbə daxil olduqdan sonra isə  Məm-

mədin nəsrə  həvəsi çoxaldı. Onun heka-

yələri çap olundu. Özünə “Aranlı” təxəl-

lüsü götürdü”

1

.  İsmayıl  Şıxlı  Məmməd Aranlı barədə 

elə  səmimiyyət, geniş ürək və  səxavət 

göstərərək bəhs edir ki, oxucu bununla 

İsmayıl  Şıxlının böyüklüyünə hörmət və 

ehtiram bəsləməli olur. Ədəbiyyat,  ədəbi 

mühit də  səxavəti və xeyirxahlığı  tələb 

edir. Ancaq səxavət və xeyirxahlıq həd-

dində, lazımi səviyyəsində olmalıdır. O, 

nə  həddindən artıq olmamalıdır, nə  də 

həddindən aşağı olmamalıdır. Hər ikisi 

obyektivliyə kölgə salır,  ədəbiyyatın və 

ədəbi mühitin ziyanına işləyir. Bu 

mənada İsmayıl Şıxlının Məmməd Aranlı 

barədə  səxavətli və xeyirxah fikirləri öz 

həddində, lazımi səviyyəsində olduğun-

dan obyektiv səslənir, bu fikirləri oxuya-

nın hər birinin qəlbinə yol tapır. Fikir 

verək: “ O vaxt mən də  (İsmayıl  Şıxlı – 

B.X.) arabir şeir və hekayələr yazırdım. 

Lakin meydana çıxmağa qorxurdum. 

Məmməd Aranlı isə məşhur idi, bilmirsən 

                                                 

1

 Məmməd Aranlı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.48 


:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--87.html

--nbyev--e---moslemzadeh--91.html

--nbyev--e---moslemzadeh--96.html

--nbyev--e---moslemzadeh.html

--ndek-i-l-e-r.html