1 ... 8 9 10 11 12 13 14 15 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə12/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması

      –         – 

54 


İsmayıl Şıxlı İlyas Əfəndiyevi psixoloji 

ziddiyyəti və çarpışmaları  əsərlərində 

ustalıqla  əks etdirən yazıçı kimi səciyyə-

ləndirir. Onun “Unuda bilmirəm” pyesini 

geniş  təhlil edir. Bu pyes barədə yazır: 

“Unuda bilmirəm” sırf psixoloji əsərdir. 

Müxtəlif səciyyəli insanların mənəviyya-

tındakı çarpışmalar, onların bir – biri ilə, 

yaxud özlərinin daxili ikilik və ziddiyyət-

ləri ilə apardığı mübarizə  əsərin aparıcı 

konfliktini təşkil edir. Bu mübarizələr 

sadə  məişət məsələləri ilə  məhdudlaşsa 

idi  əsərin bədii siqləti azalardı. Lakin 

müəllif məişət məsələlərini günün və 

dövrün aktual hadisələri ilə çarpazlaşdır-

dığına görə  əsərin təsir dairəsi genişlən-

miş, məsələlər ailə  çərçivəsindən çıxaraq 

siyasi məna kəsb etmişdir”

1

.  İsmayıl  Şıxlı “Unuda bilmirəm” pye-

sindəki Nərmin, Kamran, professor Möh-

sünzadə, Kərəm dayı, Səadət xanım, Cə-

mil obrazlarının daxili aləmini açır, on-

ların  ən incə, zərif cizgilərini tapır və 

təqdim edir. Hiss edirsən ki, İsmayıl Şıxlı 

bu obrazların təhlili zamanı yazıçı – 

vətəndaş mövqeyini və hissiyyatını giz-

                                                 

1

 Hər şeydən əvvəl. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.297 

      –         – 

55

lətmir. Bu obrazların bütün cəhətlərini 

məharətlə  təhlil edir. Məsələn, Nərminin 

hamının sevimlisi olması  təkcə ailəsinin, 

professor ailəsinin yeganəsi olmaq deyil, 

həm də onun təbiətindəki gözəlliklərdir. 

O, zərif, incə, təmiz, mehriban olmaqla 

yanaşı, həm də  təbiətində düzlük və 

doğruluq var. Nərmin qəlbindəki arzuları 

süni  şəkildə  pərdələməyə çalışan bəzi 

meşşan təbiətli qızlardan deyil. O, çətinlik 

görməmiş bir həyat sürsə  də, istəyir ki, 

daşlı – kəsəkli bir həyat yoluna çıxsın. 

İsmayıl Şıxlı Nərminin bütün xüsusiy-

yətlərini üzə çıxarmaq üçün bu rolu ifadə 

edən Amalya Pənahovanın bir aktrisa 

kimi təbiiliyini də  nəzərdən qaçırmır. 

Nərmini tamaşaçıya sevdirən həm də bu 

rolu oynayan Amalya Pənahovanın 

aktrisa  istedadıdır. Aktrisanın özündəki 

ədalar, dilindəki ləhcə şirinliyi, sərbəstliyi 

Nərmin obrazını daha da cazibədar edir. 

İsmayıl  Şıxlı Kamran obrazının da 

özünəməxsus keyfiyyətlərini təhlil edir və 

bu təhlil prosesində Kamranın kimliyini 

məharətlə təqdim edir. Kamran öz bacarı-

ğı, zəhməti ilə yaşayan, heç kəsin qoltu-

ğuna sığmayan adi bir tələbədir, gəncdir. 

Onun  ən gözəl xüsusiyyətləri bunlardır: 

      –         – 

56 


mərddir, mətanətlidir, namusludur. O, 

sevgiyə də müqəddəs yanaşır. Çoxları ki-

mi “səni sevirəm” kəlməsini işlədən deyil. 

Ancaq sevgiyə müqəddəs yanaşır, na-

muslu vətəndaş olmaq istəyir, həmişə cə-

miyyətə xeyir vermək haqqında düşünür. 

O, yalançı millət qəhrəmanlarına nifrət 

edir. O, mənsəb,  şöhrət üçün çalışanlara, 

başqasının kölgəsində gizlənənlərə qarşı 

barışmazdır. Başqasının qılığına girən, 

onlardan istifadə edib, sonra cəmiyyətdə 

inkişafa əngəl törədənlərə nifrət edir. 

İsmayıl  Şıxlı bu obrazın rolunu oyna-

yan Həsən Turabovun aktyor məharətini 

də unutmur. Qeyd edir ki, Kamranı tama-

şaçıya sevdirən həm də aktyorun səhnə 

davranışının, təmkininin, səbrinin yerin-

də olmasıdır. 

İsmayıl Şıxlı Kamranla Nərmin barədə 

yazır: “Demək, Kamranla Nərmin eyni 

cür düşünürlər. Onların həyata, insanlara 

münasibəti eynidir. Onların mənəvi ya-

xınlığı  məhəbbətlərinə özül ola biləcəyi 

halda, bəs necə olur ki, bu iki gəncin yolu 

ayrılır? 

Burada biz üçüncü bir surətlə tanış 

olmalıyıq. Elə bir surətlə ki, dramaturq 

onun timsalında  əngəl olan bir zümrəni, 

      –         – 

57

ailə  və  məişətimizdə kübarlaşma meyl-

lərini vermişdir. Bu meylləri professor 

Möhsünzadənin arvadı, Nərminin anası 

Səadət xanım özündə cəmləşdirmişdir”

1

Səadət xanım yalnız öz şəxsi mənafe-

yini və mənfəətini güdən bir qadındır. O, 

başqalarının arzu və istəyi ilə hesablaşmır. 

O Kamranla qızı arasında olan istəyi, 

məhəbbəti pozmaq üçün müxtəlif 

üsullardan istifadə edir. Səadət xanım 

Kamranı ona görə sevmir ki, Kamran 

onun qarşısında müti deyil, o, sərbəstdir. 

İsmayıl  Şıxlı  Səadət xanım obrazı barədə 

yazır: “Səadət xanım hiss edir ki, Kamran 

onun kürəkəni  olsa  da  sərbəstliyini itir-

məyəcəkdir. Buna görə  də  Səadət xanım 

qızını Kamrandan uzaqlaşdırmaq istəyir. 

O, qızına deyir ki, “indi təkcə ali təhsillə 

uzağa getmək olmaz”. Bu eyhamla Nər-

mini başa salmaq istəyir ki, Kamranı 

Bakıda aspiranturada saxlamaq lazımdır. 

Onu maraqlandıran elmdirmi? Bəlkə 

Səadət xanım Kamranın istedadını qoru-

yur? Qətiyyən. Səadət xanımı elm yox, 

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.301 

      –         – 

58 


elmi ad və onun arxasınca gələ biləcək 

şöhrət və pul maraqlandırır”

1

.  İsmayıl Şıxlı Səadət xanımın qızı Nər-

minə dediyi sözü yada salır: “Ondan sənə 

ər olmaz. Çünki o, Don Kixot kimi yel 

dəyirmanları ilə vuruşur”.  İsmayıl  Şıxlı 

onu da qeyd edir ki, bu sözləri Səadət 

xanım obrazını oynayan Sofiya Bəsirzadə 

səhnədə elə söyləyir ki, tamaşaçılar na-

muslu adamların bu cür yaralanmasına 

qəzəblənirlər. 

İsmayıl Şıxlı Səadət xanımın öz vicda-

nı ilə alver etdiyini nəzərə çatdırmaq 

üçün professor Möhsünzadə  və  Kərəm 

dayı obrazlarını da təhlilə cəlb edir. Bu iki 

obraz həm də ikiyə parçalanmış Azərbay-

canın dərdlərini ürəklərində daşıyırlar. 

İsmayıl  Şıxlı yazır: “Onlar Cənubi Azər-

baycanda demokratik hərəkat boğulduq-

dan sonra vətəndən uzaq düşmüş qardaş-

larımızı  təmsil edirlər. Möhsünzadə  də, 

Kərəm dayı da illər uzunu geri qayıtmaq 

həsrəti ilə yaşayırlar. Lakin Araz yolu 

kəsibdir. Onlar hələlik Arazın sahilində 

dayanıb o tərəfə tamaşa etməklə  təsəlli 

tapırlar. Lakin onlar nikbindirlər”

2

.  

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.301 

2

 Yenə orada. s.302-303 

      –         – 

59

İsmayıl  Şıxlı  Səadət xanımın eqoist 

hərəkətlərini açmaq üçün Cəmil maşınla 

adam basanda Səadət xanımın söylədik-

lərini xatırladır: “Nə olsun? Səksən yaşlı 

kişi idi. Bir ayağı burada idi, o biri gorda, 

onsuz da bugün – sabah öləcəkdi”. Bun-

dan sonra Səadət xanımın kim olduğunu 

dəqiq bilməyə şübhə yeri qalmır. 

İsmayıl  Şıxlı  Cəmil obrazını dolğun 

təhlil etməklə “yalançı kübar mühitinin” 

yetişdirdiyi, “zənənə gözəlliyi” olan bir 

gəncin kimliyini xarakterizə edir. Elm 

Cəmil üçün şöhrət, gəlir mənbəyidir. O, 

nə edirsə öz mənfəəti naminə edir. Səadət 

xanımla birləşərək Nərminin yolunu kəsir. 

İsmayıl  Şıxlı  əsərin elə  məqamlarını 

təhlil edir ki, həmin məqamlar obrazların 

bütün qabarıq keyfiyyətlərini bir daha 

üzə  çıxarır. Bu mənada  əsərin sonunda 

obrazların üz – üzə dayanması daha ti-

pikdir. İsmayıl Şıxlı yazır: “Əsərin sonun-

da surətlər yenidən görüşürlər. Maşın 

qəzasından sonra Cəmilin mənəvi mis-

kinliyi, Səadət xanımın insan taleyinə 

“kübar münasibəti” daha qabarıq  şəkildə 

meydana çıxır. Bu səhnədə professor 

sarsılır, bir qədər ayılır. Kərəm dayının 

humanizm və qayğıkeşliyi yeni əlamətlər-



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nhcl-bla-mam-li-leyhis-3.html

--non-intellectus---kbler.html

--nyerli.html

--nzirlr--tzminlr--3.html

--nzirlr--tzminlr--8.html