Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet - səhifə 10 1 ... 6 7 8 9 10 11 12 13 ... 41

Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet - səhifə 10

səhifə10/41
tarix05.12.2017
ölçüsü5.01 Kb.

rəyləri öyrənilməlidir. Avropa Birliyinə üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin 
rəsmi internet saytlarında bir qayda olaraq, qurumun fəaliyyətinin əsas istiqamətləri, 
fermerlərə  təqdim  edilən  xidmətlər  barədə  sistemli,  informativ  xarakterli  broşurlar 
yerləşdirilir.  Digər  tərəfdən,  beynəlxalq  metodologiyaya  görə,  aqrar  siyasəti 
formalaşdıranlar  siyasi  seçimin  “qalib”  və  “uduzan”  tərəfərini  təyin  etməli  və 
ümumilikdə  fermerlərə  imkan  yaratmaq  lazımdır  ki,  aqrar  sektorda  vəziyyəti  necə 
yaxşılaşdırmağın  yollarını  onlar  özləri  seçsinlər  (“Policy  design  –A  positive  reform 
agenda”,  2010).  Bu  mənada,  aparıcı  ölkələrdə,  o  cümlədən  bəzi  postsovet  məkanı 
ölkələrində bilavasitə fermerlərə ünvanlanan tədbirlər aqrar siyasətin ən vacib tərkib 
hissələrindən  hesab  edilir.  Məsələn,  ABŞda  hələ  1937-ci  ildə  azgəlirli  fermer 
təsərrüfatlarına  yardım  üçün  xüsusi  qurum  yaradılmışdır  (Farm  Security 
Administration)  və  bu  təsisat  indi  də  ölkənin  fermer  siyasətində  əhəmiyyətli  rol 
oynayır. 
Dövlətin  həyata  keçirdiyi  aqrar  siyasətdə  əsasən  aşağıdakı  istiqamətlər 
fərqləndirilir:  
1.  Torpaq  siyasəti  (məsələlərin  hüquqi  çözülməsi,  yer  quruluşu  proseslərinin 
tənzimlənməsi və s.); 
2.  Maliyyə  siyasəti  (aqrar  sahənin  kreditləşməsi  sisteminə  dövlət  dəstəyi, 
büdcə maliyyələşdirilməsinin kanallarının və həcminin formalaşdırılması). 
3. Sosial siyasət (gəlirlərin formalaşma siyasəti, kənd ərazilərinin yeniləşməsi 
və inkişafı, kəndin sosial infrastrukturunun inkişafı, social təminat – pensiya təminatı 
sistemi və sığorta, səhiyyə və s., ekologiya). 
4.  Ərzaq  bazarının  formalaşması  sahəsindəki  siyasət  (daxili  kənd  təsərrüfatı 
məhsulları  bazarının  stabilləşdirilməsi,  ixrac  şəraitinin  tənzimlənməsi,  bazara  azad 
giriş  və  çıxışın  məhdudlaşdırılması).  Göründüyü  kimi,  mövcud  təcrübədə həm  yerli 
istehsalçıların  dəstəklənməsi,  həm  də  daxili  bazarın  qorunması  məqsədilə,  aqrar 
sahənin dövlət tənzimlənməsinin müxtəlif metodları fəal surətdə istifadə olunur. 
Bunlarla yanaşı, Azərbaycan kimi keçid iqtisadiyyatlı ölkələrdə aqrar sahənin 
dövlət tənzimlənməsinin qarşısında duran problemlər daha mürəkkəb və spesifikdir. 

Çünki, bu ölkələr aşağıda qruplaşdırılmış üç fundamental problemi eyni zamanda həll 
etmək zərurəti ilə üz-üzədirlər: 
•  Sistem  transformasiyasının  həyata  keçirilməsi.  Uzun  illər  inzibatiamirlik 
sistemi  şəraitində  yaşayan  keçid  iqtisadiyyatlı  ölkələrdə  liberal  bazaar 
münasibətlərinin təşəkkül tapması üçün köklü islahatlar aparılmalıdır. 
•  qtisadiyyatın  struktur  yenidən  qurulması.  Keçid  iqtisadiyyatlı  ölkələr  uzun 
illər qapalı iqtisadi sistemin tərkibində olmaqla BƏB-in obyektiv təsirindən kənarda 
qalmışdır.  Buna  görə  də  bu  ölkələrin  iqtisadiyyatlarının    mövcud  strukturu  BƏB-in 
təsiri altında və malik olduqları rəqabət üstünlükləri əsasında deyil, keçmiş  ttifaqın 
“Vahid  xalq  təsərrüfatı  kompleksi”nin  mənafeyi  əsasında  formalaşmışdır.  Başqa 
sözlə,  keçid iqtisadiyyatlı ölkələrdə  milli inkişaf, həmçinin də mövcud  təbii-iqtisadi 
potensial  baxımından  səmərəsiz,  qeyri-təkmil  struktura  malik,  natamam  bir  iqtisadi 
“sistem”  mövcuddur.  Buna görə  həmin  ölkələrdə  iqtisadiyyatın  rəqabət üstünlükləri 
olan sahələri müəyyənləşdirilməklə köklü şəkildə struktur dəyişiklikləri aparılmalıdır. 
•  Ölkə  iqtisadiyyatının  səmərəli  şəkildə  dünya  təsərrüfat  sisteminə 
inteqrasiyası.  Keçid  iqtisadiyyatlı  ölkələrdə  liberal  prinsiplərə  və  malik  olduqları 
müqayisəli  üstünlüklərə  əsaslanan  səmərəli  iqtisadi  sistemin  formalaşdırılması  ilə 
yanaşı,  onların  bu  əsasda  dünya  təsərrüfat  sisteminə  inteqrasiyası  da  olduqca 
aktualdır. 
Qeyd  edilən  bu  fundamental  problemlərdən  çıxış  etməklə  belə  bir  nəticəyə 
gəlmək  olar  ki,  Azərbaycan  kimi  keçid  iqtisadiyyatlı  ölkələrdə  aqrar  siyasətin 
hədəfləri, ümumilikdə, üç istiqaməti əhatə etməlidir: 
a)  islahatlar  aparmaqla  aqrar  sektorda  bazar  münasibətlərinin  bərqərar 
olmasına  nail  olunması  və  sektorun  bazar  prinsipləri  əsasında  tənzimlənməsi 
sisteminin formalaşdırılması; 
b)  aqrar  sektorun  yerli  potensiala,  daxili  tələbata  və  BƏB-də  üstünlüklərinə 
uyğun təkmil strukturunun formalaşdırılması; 
c) dünya aqrar bazarına səmərəli inteqrasiyanın təmin edilməsi. 
Birinci istiqamətdəkihədəf baxımından aqrar siyasətin məqsəd və vəzifələrinə, 
mövcud elmi-təcrübi araşdırmaların nəticələrinə əsaslanaraq, aşağıdakıları aid etmək 

olar:  keçid  dövrünün  ilkin  mərhələsində  postsovet  ölkələrində  aparılan  aqrar 
islahatların məqsədi:  
a)  islahatlar  aparmaqla  bu  sektorda  özəl  mülkiyyətçiliyin  inkişafına  və 
ümumiyyətlə,  bazar  münasibətlərinə  əsaslanan  iqtisadi  sistemin  bərqərar  olmasına 
nail olmaq; 
b) kənd təsərrüfatı istehsalını düşdüyü böhran vəziyyətindən çıxarmaq 
c) ölkədə ərzaq bolluğu yaratmaqdır.  
Bununla  əlaqədar  yerinə  yetirilməsi  nəzərdə  tutulan  vəzifələri  isə  üç  qrupda 
ümumiləşdirmək olar: 
•  Aqrar  sektorun  struktur  yenidənqurması,  torpağın  özəlləşdirilməsi  və  kənd 
təsərrüfatının istehsal vahidlərinin yenidən təşkili. 
•  Sektorda  yeni  bazar  infrastrukturunun  təşkili,  emal  müəssisələrinin 
özəlləşdirilməsi, bazarın liberallaşdırılması. 
•  Ölkənin aqrar məhsullara, o cümlədən də ərzaq məhsullarına olan tələbatının 
daxili istehsal hesabına ödənilmə səviyyəsinin yüksəldilməsi. 
Bu  məqsəd  və  vəzifələri  reallaşdırdıqdan  sonra  keçid  iqtisadiyyatlı  ölkələr 
üçün  aktual  olan  növbəti  problem  aqrar  sektorun  bazar  prinsipləri  əsasında 
tənzimlənməsi  sisteminin  formalaşdırılmasıdır.  Bu  baxımdan,  aktual  vəzifələr  kimi 
aşağıdakıları qeyd etmək olar: 
•  Bazar  münasibətlərinə  uyğun  qanunvericilik  bazasının,  tənzimlənmənin 
hüquqi təminatının yaradılması; 
•  Bütün aqrar bazarlarda rəqabət mühitinin formalaşdırılması; 
•  Aqrar  sahənin  davamlı  inkişafının  dəstəklənməsi,  məhsul  istehsalçılarının 
bazar şəraitinə uyğunlaşması üçün şəraitin yaradılması; 
•  Düşünülmüş  proteksionizm  siyasətinin  aparılması,  ərzaq  mallarının  idxalına 
vergilər, gömrük tarifi sisteminin köməyi ilə ərzaq təhlükəsizliyinin təmin edilməsi; 
•  Xarici investisiyalar üçün əlverişli mühitin yaradılması; 
• 
Aqrar 
sahənin 
problemləri 
üzrə 
aparıcı 
elmi 
istiqamətlərin 
maliyyələşdirilməsi. 

:

application -> uploads -> 2015
2015 -> Mövzu İstehlakçi davranişinin təDQİQİ İstehlakçı davranışı nəzəriyyələri
2015 -> Biznesdə İŞGÜzar üNSİYYƏT imtahan sualları(QIŞ2016)
2015 -> 4 İstehlakçının davranış reaksiyası və onun növləri Koqnitiv reaksiyanın öyrənilməsi Emosional reaksiyanın ölçülməsi
2015 -> Mövzu logiSTİkanin nəZƏRİ-metodoloji Əsaslari plan
2015 -> İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq
2015 -> Ekonometriya” ixtisası üzrə suallar
2015 -> Mövzu Alıcının davranış reaksiyasının tədqiqi İstehlakçının davranış reaksiyası və onun növləri
2015 -> B axiş Testlər /3723#01#Y15#01 500/Baxış t est : 3723#01#Y15#01 500


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


9-2--ultrazvukovaya.html

9-2--vliyanie-vipasa.html

9-2--znachenie-faktora.html

9-2-1--lokalizaciya-i.html

9-2-2--devir-ve-blnme.html